Dünya
Səudiyyə Ərəbistanı ABŞ və İranı barışdırmaq istəyir
23 Noyabr, 2020
Baxış: 158
Səudiyyə Ərəbistanı ABŞ-la İranı barışdırmaq və Tehranın nüvə proqramını həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əvəzinə, yeni bir müqavilənin imzalanmasına töhvə vermək qərarına gəlib. 

Bu barədə krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Al Səud noyabrın 22-də "CNBC"-yə verdiyi müsahibədə danışıb. 

Nazir yeni müqaviləyə "JCPOA++" adını verməyi təklif edib. O deyib ki, bu müqavilə yalnız nüvə proqramını deyil, məsələn, İranın ballistik raket proqramlarını da əhatə edə bilər. 

Al Səud hesab edir ki, yeni müqavilə İranın Yəmən, Suriya və İraqdakı hərbi münaqişələrə müdaxiləsi məsələlərini həll etməlidir. Səudiyyə Ərəbistanı isə öz növbəsində Vaşinqton ilə Tehran arasındakı "müzakirələrdə tərəfdaş" olmalıdır. 

Dünya

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

25 Yanvar 2021

Qazeta.ru

“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla...” Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də “Tatyanin den” münasibətilə keçirilən videokonfransda icazəsiz aksiyaları şərh edərkən belə deyib. “Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, - deyə Rusiya dövlət başçısı vurğulayıb....
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Seçilmiş Videolar