Dünya

Si Tsinpinin təkbaşına hakimiyyəti Çinə nə vəd edir?

28 Oktyabr, 2022
496

Rəsmi səhifə

Oktyabrın 23-də yekunlaşan Çin Kommunist Partiyasının qurultayında ölkənin əsas siyasi orqanının - siyasi büronun Daimi komitəsinin tərkibi, demək olar, tam dəyişdi. Yenidən Baş katib və respublikanın sədri seçilən Si Tsinpin son 40 ildə bu postları üçüncü dəfə dalbadal tutan ilk adam oldu. “Meduza” regionşünas, Çin haqqında teleqram kanalın müəllifi Temur Umarovdan qurultayın nəticələri barədə fikirlərini öyrənib.

Toplum TV müsahibəni azərbaycan dilində oxucularına təqdim edir.

Si Tsinpin ÇXR sədri və Kommunist Partiyasının baş katibi kimi üçüncü müddətə seçildi. O, iki nüddət qaydasını pozan ilk baş katib oldu. Bu qadağanı necə dəf etdi?

Həqiqətən də 1970-ci illərin sonlarından dalbadal üçüncü müddətə qalan kimsə yox idi. Amma partiya vəzifəsi olan Baş katiblə dövlət vəzifəsi olan respublika sədrini bir-birindən ayırmaq lazımdır. Üçüncü dəfə ÇXR sədri qalmaq üçün Si 2018-ci ildə Konstitusiyanı dəyişdirdi və bu, ona vəzifəsində qalmaq imkanı verdi.

Amma ÇXR sədri daha çox simvolik vəzifədir, beynəlxalq arenada Çinin təmsilçisidir. Baş katib və Mərkəzi hərbi şuranın rəhbəri vəzifələri isə başqa məsələdir. Onlar partiya və dövlət işlərinə təsir gösərmək üçün çoxlu imkanlar verən həlledici vəzifələrdir. Bu vəzifələrə üçüncü dəfə seçilmək qadağası yoxdur. Sadəcə yazılmamış qanun var idi: Baş katib hər iki müddətdən bir dəyişirdi. İndi bu qaydaya əməl olunmadı.

Niyə belə oldu?

Bu, Si Tsinpinin hakimiyyətinin beş ili ərzində öz əlaltısı, intizama nəzarət üzrə Mərkəzi komissiyaya rəhbərlik edən Van Tsişanın əli ilə apardığı böyük miqyaslı təmizləmələr sayəsində mümkün oldu. Korrupsiya ilə mübarizə adı altında kompartiyadan yüzlərlə adam qovuldu, ümumən isə yüzminlərlə çinli antikorrupsiya kampaniyasına tuş gəldi. İndi baş verənlər nəinki böyük sürpriz deyil, həm də Çində Si və ətrafına qarşı çıxacaq heç bir siyasi elitanın olmamasının göstəricisidir.

Təmizləmələr təkcə kompartiyanın özündə deyil, həm də onun siyasi bürosunda aparıldı. Bu orqanın yeddi üzvündən dördü çıxarıldı. Bu, nə üçün edildi və Sinin reytinqinə necə təsir göstərdi?

Əgər siyasi büronun Daimi komitəsinin yeni tərkibinə baxsaq, görərik ki, bu kollegial orqana daxil olan altı nəfərin hamısı Si Tsinpinə loyallıqları ilə tanınırlar. Çində hökumət analoqunun - Dövlət şurasının rəhbərliyinə Li Tsyanın gətirilməsi diqqətçəkəndir. Bu təyinata qədər onun hökumətdə işləmək təcrübəsi yox idi, əvəzində Si Tsinpinə şəxsən çox yaxındır. Bu da o deməkdir ki, Si üçün loyallıq peşəkarlıqdan daha vacibdir.

https://toplum.tv/dunya/ugursuz-bas-nazirler-boyuk-britaniya-bohran-kecirir

XX qurultayın birinci plenumunun gedişi zamanı sabiq Baş katib və ÇXR sədri Hu Cintaonu iclas zalından çıxardılar. Ötən müddət ərzində nə baş verdiyi məlumdurmu?

Bir neçə ehtimal var. ÇXR rəhbərliyi tərəfindən səsləndirilən birincisi ondan ibarətdir ki, Hu Cintao sadəcə özünü pis hiss edib. İkinci ehtimal qismən onun səhhəti, qismən də öz adamlarının yer almadığı siyasi büronun yeni tərkibini bəyənməməsini Si Tsipinə deməsi ilə əlaqəlidir. Həm də ola bilər, Cintao əleyhinə səs verəcəyini deyib. İclaslarda hamı məktəbdəki kimi əllərini qaldıraraq səs verirlər. Hu Cintaonun Si Tsinpinin əleyhinə səs verməsi görüntüsü əcaib olardı. Belə mənzərənin yaranmaması üçn Hunu apardılar. Üçüncü ehtimal isə ondan ibarətdir ki, bunu əvvəlcədən, Çinin rəhbərinin məhz Si Tsinpin olmasını və mövqeyinin sarsılmazlığını göstərmək üçün əvvəlcədən düşünüblər.

Açıq mənbələrdən götürülüb

Hansı ehtimalın doğru olduğunu bir neçə ay ərzində biləcəyik (ya da heç bilməyəcəyik): əgər Hu Cintao bütün xəbərlərdən yoxa çıxarsa, bu ilk zəng olacaq, əgərsə bir-iki aydan sonra onun və ya özü də kompartiyada təmsil olunan oğlu barəsində cinayət işi açılsa, daha bir zəng olacaq. Əgər heç nə baş verməsə, bəlkə doğrudan da adamın halı pisləşib, ya da siyahıda yeni adamlar görüb narazı qalan Hu və Si arasında gözlənilməz narazılıq yaranıb.

XX qurultayın birinci plenumunda nə baş verdi və ardınca nələr olacaq?

Birinci plenum qurultaydan sonrakı gün baş verir və burada siyasi büro və onun Daimi komitəsi seçilir. Qurultaylarda əsas partiya rolları bölüşdürülür. Çində partiya və dövlət qolları çulğaşdığından onları sinxronlaşdırmaq lazımdır və 2023-cü ilin martında növbəti plenum buna həsr olunacaq. Onun ardınca Ümumçin Xalq Nümayəndələri Məclisinin (ÜXNM) sessiyası olacaq və bütün təyinatlar təsdiqlənəcək.

Kompartiyanın siyasi bürosunun yeni tərkibində kimlər var?

Siyasi büroda 25 nəfər olur, Daimi komitəyə isə cəmi 7 nəfər daxildir. Hökumət başçısı Li Ketsyanın yerinə hazırda Şanxay şəhər komitəsinə başçılıq edən Li Tsyan gətirildi. O, siyahıda ikinci nömrə ilə gedir, beləcə Si Tsinpinin sağ əli və Dövlət şurasının yeni rəhbəri, yəni baş nazir olmalıdır.

Üçüncü adam Çjao Letszidir, əvvəl də daimi komitənin tərkibində idi, intizama nəzarət üzrə Mərkəzi komissiyanın sədri idi, indi çox güman ki, ÜXNM-ə rəhbərlik edəcək.

İyerarxiyada dördüncü yeri indiki Çinin əsas ideoloqu kimi tanınan Van Xunin tutur. Beşinci Pekin şəhər komitəsinə rəhbərlik edən Tsay Tsi gəlir. Son iki nömrələr isə Li Si və Din Syuesyandır. Bu iki nəfərin hansı vəzifələr tutacağı hələ məlum deyil, amma cəmi iki yer qalıb: Mərkəzi şuranın siyasət və hüquq üzrə komissiyasının (güc strukturlarını kurasiya edir) sədri, intizama nəzarət üzrə komissiyanın sədri. Onlar bu iki vakant yeri bölüşdürəcəklər.

Si Tsinpinin əvvəlki iki müddətinin əsas yekunları nədir?

İlk növbədə iqtisadi islahatlar mühümdür: əgər Çin əvvəllər dünyaya açılmaq istiqamətində hərəkət edirdisə, Tsinpin zamanı bu dayandı. İndi Çin iqtisadiyyatının əsas hədəfi ixrac yox, daxili bazar və daxili istehlakın inkişafıdır.

ÇXR-də ideologiyanın rolunun güclənməsi nəzərə çarpır. Siyə qədər ideoloji məzmun istiqamətində belə təmayül yox idi. İndi Çin millətin böyük dirçəlişi haqqında Çin arzusu konsepsiyasına söykənir. Si Tsinpin bu barədə çox danışır. Öz çıxışlarında, o cümlədən partiyanın son qurultayında, imperiya keçmişindən, müstəmləkəçilər gələnə qədərki Çindən, yüzilliklərlə sürən həqarətdən danışır. Si Tsinpinin dövründə açıqlığın yerini təcrid tutub və bunda koronavirus da rol oynayıb.

Bəs “sıfır tolerantlıq” Çin iqtisadiyyatına təsir edibmi?

Xüsusən Çin biznesinə qarşı Amerika sanksiyalarından sonra dünya bazarlarından yavaş-yavaş gedir. Özəl biznesdə dövlətin mövcudluğunun çəkisi artır, əvvəl belə deyildi. Ümumiyyətlə iqtisadiyyatda dövlətin rolu artır. İndi korporasiyalardan hər biri seçim etməlidir: ya Çində qalır və ölkənin gələcəyi üçün çalışır, yada “Alibaba” kimi problemlərlə üzləşir.

Çində həmişə ictimai müqavilə olub: cəmiyyət siyasətə qarışmır, partiya da iqtisadi artımı təmin edir. Amma tədricən Çinin iqtisadi artım aludəçiliyi it-bat oldu. Məsələn, partiyanın son iki hesabat sessiyasında məmurlar daha ÜDM-nin planlaşdırılan rəqəmini açıqlamırlar, başqa sözlə, cəmiyyətə heç bir proqnoz vermirlər. Partiyanın fikrincə, Çin iqtisadiyyatı şərti olaraq sabitdir, ölkədə yoxsulluq yoxdur – amma bu Çin standartlarına görə belədir. Bu da o deməkdir ki, kompartiya üçün iqtisadi artım yox, Çin əzəmətinin dirçəlişi mühümdür. Buna görə də vətəndaşlar iqtisadi artım və istehlak kimi merkantil mövzularla yox, başqa şeylərlə maraqlanmalıdırlar.

İqtisadiyyatdakı vəziyyətə baxmayaraq, nəyə görə koronavirus məhdudiyyətləri tətbiq olunur?

Çin hakimiyyəti karantin zamanı özünü komfotlu hiss etdi. Ölkə qapandı, guya qeyri-sabitlik yaradan xarici media ilə problem yox oldu. Cəmiyyət üzərində, insanların hərəkəti üzərində total nəzarət də onlar üçün komfortlu idi. Məsələn, müxalif əhvallı vətəndaşları karantinə salmaq olar.

Bəs dövlət KİV-i Si Tsinpinin üçüncü müddətə getməsini necə izah etdi və əhali buna necə yanaşdı?

Çinin təbliğat maşını heç nəyi izah etmir, onun vəzifəsi hər şeyi sanki olmalı imiş kimi təqdim etməkdir, insanlar da bunu həzm etməlidir. Bəzən səbəblər arasında göstərilirdi ki, kollektiv rəhbərlik çox mühüm islahatlar keçirməkdə Si Tsinpinə mane olur, buna görə də hər nəyi öz əlinə alan və ağrılı, amma çox mühüm dəyişiklikləri həyata keçirəcək adama ehtiyac var. Cəmiyyətin narazı qalacağına baxmayaraq, kompartiya bu islahatları həyəta keçirməlidir, çünki onlarsız Çin xalqının dirçəlişi mümkün deyil.

ÇXR vətəndaşları öz narazılıqlarını publik bildirirlərmi?

Müxtəlif məsələlərə görə - mütləq deyil ki, siyasi olsun – etirazlar mütəmadi baş verir. Əgər onlar siyasi məzmunlu deyilsə, uğurla yekunlaşırlar, çünki yerlərdəki hakimiyyət etirazçılarla danışıqlara gedir.

Amma böyük siyasi eirazlar yoxdur: baş verəndə də güc strukturları sürətlə dağıdır. Siyasi məsələlərlə bağlı etiraz üçün yeganə vasitə internetdir. O da ciddi senzura və monitorinq olunur. Sürətlə yayılan istənilən siyasi yazı nəzarətə alınır. Bu zaman şərh yazmaq və paylaşmaq funksiyaları bağlana bilər. Lap çox yayılan yazı isə silinəcək və onu yazan akkaunt da ləğv olunacaq. Cəmiyyətin internetdə nəyə etiraz etdiyini izləmək və potensial etiraz nöqtələrini təcili ləğv etmək üçün Çinin senzura maşınının yetərincə alətləri mövcuddur.

Si Tsinpinin üçüncü müddəti Çin və daxili siyasət üçün nə vəd edir?

Düşünürəm ki, böyük dəyişikliklər gözləməyə dəyməz. Necə olsa, həmin adamdır və ətrafı da praktiki həminkidir. Hətta əvvəllər olduğundan daha loyaldır. Elə bilirəm, Çin rəhbərliyinin cəmiyyət üzərində nəzarəti güclənəcək. Kompartiyanın öz hədəflərinə çatması üçün vacib olan sahələrə, məsələn, ABŞ-la konfrontasiya üçün lazım olan texnoloji inkişafa diqqət artacaq, hərbi və ideoloji sahələr inkişaf edəcək.

https://toplum.tv/siyaset/esrden-esre-ozunu-dagitmaq-enenesi-rusiyanin-ukrayna-avanturasi-niye-ugursuzluga-mehkumdur

Digər tərəfdən, daxili siyasətdə yaxın illərdə kadr siyasətinin yeni prinsipi formalaşmalıdır, çünki Si Tsinpin hakimiyyətin ötürülməsi prinsiplərini pozdu. Buna görə də tranzit prosesi yenə aktualdır, amma məsələnin necə həll ediləcəyi və siyasi rejimin sarsılmasına səbəb olub-olmayacağı hələ aydın deyil.

Çinin başqa ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri dəyişəcəkmi?

Xarici siyasətdə də biz son illər müşahidə etdiyimiz təmayüllərin davamını görəcəyik. İndi Çinin ABŞ-la münasibətləri son onilliklərdə ən pis səviyyədədir və bunun yaxşılaşması üçün heç bir əsas gözə dəymir.

Düşünürəm ki, yaxın dövrlərdə Çinin ABŞ-la konfrontasiyanı gücləndirən növbəti addımlarını müşahidə edəcəyik, Vaşinqton da eyni davranacaq. Rusiya ilə münasibətlərdə də son illər müşahidə olunan təmayül -  Rusiyanın Çindən asılılığının güclənməsi – qalacaq. Əlbəttə müharibənin başlaması ilə bu asılılıq xeyli artıb, çünki Çin, qlobal siyasətdə böyük çəkisi olan və bu zaman Rusiya ilə toksik ölkə kimi deyil, partnyor kimi davranan son ölkədir.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İsrail və ABŞ İrana zərbələr endirmək üçün təlimlərə başlayır

29 Noyabr 2022

Reuters

İsrail Müdafiə Nazirliyi ABŞ-la birlikdə İrana zərbələrini imitasiya edən silsilə hava təlimləri keçirəcək.  Toplum Tv “The Times of Israel”-ə istinadən məlumat bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb.  Nəşrin məlumatına görə, manevrlər nazir Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb. https://toplum.tv/siyaset/pentaqon-azerbaycanla-herbi-emekdasligi-muzakire-edir İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək, onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”. Bundan əvvəl bildirilmişdi ki, İsrail Rusiya ilə İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın güclənməsindən narahatdır və bu, Tehranın nüvə silahı yaratmasına...
Dünya

Türkiyə Suriya kəşfiyyatı ilə əməkdaşlığa başlayıb

29 Noyabr 2022

DW

Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Suriya kəşfiyyatı ilə əlaqələrin davam etdiyini açıqlayıb. Toplum TV xəbər verir ki, Kalın bu barədə "AHaber" telekanalına müsahibəsində bildirib. https://toplum.tv/dunya/turkiye-ukraynaya-elektrik-enerjisi-vere-biler "Suriya ilə kəşfiyyat orqanları səviyyəsində əlaqə saxlayırıq, kəşfiyyatımızın rəhbəri ehtiyaclarımızın bir hissəsi olaraq suriyalı həmkarla koordinasiyanı müzakirə edir", - deyə o qeyd edib.  Kalın həmçinin vurğulayıb ki, Türkiyənin Suriyada mübarizə apardığı terrorçu qrupların yaratdığı təhlükələri minimuma endirmək üçün kəşfiyyat xidmətləri ilə təmaslarını davam etdirəcək. O əlavə edib ki, bu, ilk növbədə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) aiddir.

Seçilmiş Videolar

Toplum TV loqo