dpa/A.Ryumin
Almaniyanın sənaye və texnologiya şirkəti “Siemens” Ukraynadakı müharibə ilə əlaqədar Rusiya bazarından çıxdığını açıqlayıb.
Məlumat şitkətin rəsmi saytında dərc olunub.
Bildirilir ki, şirkət hasilatı və fəaliyyətini dayandırmaq proseduruna başlayıb.
“Siemens” bundan əvvəl Rusiya və Belarusa bütün yeni əməliyyatları və beynəlxalq tədarükləri dayandırmışdı.
“Ukraynadakı müharibəni pisləyirik və Rusiyada sənaye-biznes fəaliyyətimizi nizamlı şəkildə tədricən sona çatdırmaq qərarı vermişik. İşçilərimizin qayğısına qalmaq öhdəliyimizi və 170 ilə yaxın işlədiyimiz bazarda müştərilərlə uzunmüddətli münasibətlərimizi nəzərə alanda, bu, asan qərar olmadı”, – şirkətin prezidenti və baş icraçı direktoru Ronald Buş deyib.
O həmçinin əlavə edib: "Həmkarlarımıza və Ukrayna xalqına humanitar yardım göstəririk, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına qoşuluruq".
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
Reuters
EPA/EFE
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”