CNN
Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın şərqində keçirdiyi referendumun nəticələrini dəstəkləyib.
Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Biz Rusiyaya birləşməyə çalışan Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin iradəsinə hörmət göstəririk və Rusiya hökumətinin yuxarıda göstərilən regionların öz tərkibinə qəbul edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik”. - bəyanatda deyilir.
https://toplum.tv/dunya/zelenski-vladimir-putinle-danisiqlardan-imtina-barede-serencam-verdi
Beləliklə, Şimali Koreya səsvermənin nəticələrini dəstəkləyən yeganə ölkə olub. ABŞ və dünyanın bir çox ölkələri Rusiyanın ilhaqını pisləyib.
Bu gün, oktyabrın 4-də Federasiya Şurası Ukraynanın beş vilayətinin ərazisinin Rusiyaya daxil olmasına dair sazişləri ratifikasiya edib. Ukrayna ərazilərinin ilhaqını Nümayəndələr Palatasının iştirak edən bütün üzvləri dəstəkləyib: 170-dən 153-ü.
Rusiya hakimiyyəti Ukrayna ərazilərinin ilhaqını 23-27 sentyabr 2022-ci il tarixlərində işğal olunmuş ərazilərdə keçirilmiş referendumun nəticələri ilə əsaslandırır. Ukrayna və bir çox başqa ölkələr səsverməni qondarma hesab edir, çünki o, işğal və hərbi əməliyyatlar şəraitində keçib, beynəlxalq normaları və Ukrayna qanunlarını pozub.
Şimali Koreya həmçinin Krımın Rusiyanın ilhaqını tanıyan nadir ölkələrdən biridir. Şimali Koreyadan başqa, Sudan, Əfqanıstan və Suriya da bunu edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Reuters
www.naftemporiki.gr
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?