Getty Images
Ötən ilin iyununda Pxenyanın təşəbbüsüylə qırılan qaynar telefon xətti onun təşəbbüsüylə yenidən bərpa olunub. Həmin vaxtdan bəri iki ölkənin rəsmi şəxsləri arasında heç bir ünsiyyət olmamışdı.
BBC-nin iyulun 27-də verdiyi məlumata görə, Cənubi Koreya prezidentinin ofisi Mun Çje İn və Kim Çen In-ın etimadı artırmaq və münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəldiklərini açıqlayıb.
İki ölkə lideri arasındakı telefon danışığının üç dəqiqə çəkdiyi bildirilib. Məlumata görə, əlaqələr bundan sonra gündəlik formada davam etdiriləcək.
Keçən ilin iyununda iki ölkə arasında növbəti sammit baş tutmadığından münasibətlər soyuqlaşmış və Pxenyan telefon əlaqəsini kəsmişdi.
Şimali Koreya hökuməti Keson şəhərindəki ölkələrarası əlaqə ofisini nümayişkəranə şəkildə partlatmışdı.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?