Dünya

Şimali Makedoniya da rus diplomatlarını ölkədən çıxarır

18 May, 2021
93

RIA Novosti

Şimali Makedoniya rus diplomatlarını ölkədə xaric edəcək. 

Bu barədə mayın 18-də Birləşmiş Ştatların "Blumberq" agentliyi məlumat yayıb. 

Agentlik məsələnin təfərrüatları barədə açıqlama verməyib. 

Aprelin ortasında Çexiya Vrbetise şəhərində yerləşən hərbi anbardakı partlayışlara görə Rusiya kəşfiyyatını ittiham etmişdi. Bundan sonra Praqadakı Rusiya səfirliyinin 18 işçisi ölkədən xaric edilmişdi. Buna cavab olaraq isə, Rusiya 20 çex diplomatı ölkədən xaric etmək qərarına gəlmişdi. 

Hadisədən sonra bir neçə Avropa ölkəsi Çexiya ilə həmrəylik göstərərək rus diplomatlarını xaric etmək qərarına gəlib. 
 

Dünya

Baş Prokurorluq 4 namizdəin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar