Dünya

SIPRI: Nüvə silahından istifadə ehtimalı heç vaxt olmadığı qədər realdır

13 İyun, 2022
1132

Financial Times

35 il ərzində qlobal nüvə arsenalının məhdudlaşdırılmasından sonra dünyada nüvə silahlanma yarışının yeni mərhələsi gözləniliir. 

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasında bildirilir. 

SIPRI-nin təhlilinə görə, bu gün nüvə eskalasiyası riski Soyuq Müharibədən sonra ən yüksək həddədir. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıq təhdidləri olub.

SIPRI-nin direktoru Den Smit açıqlamasında deyib: “Son bir il ərzində həm nüvə silahlarına nəzarət, həm də nüvədən imtina sahəsində əhəmiyyətli irəliləyiş əldə olunsa da, nüvə silahından istifadə riski indi Soyuq Müharibənin qızğın vaxtından bəri ən yüksək səviyyədədir”.

Ekspertlərin fikrincə, 9 nüvə ölkəsinin hamısı - Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya öz arsenallarını fəal şəkildə modernləşdirməyə başlayıblar. 

SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi işçisi və  Amerika Alimləri Federasiyası (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensenin sözlərinə görə, Soyuq Müharibənin bitməsindən sonra qlobal nüvə arsenalının məhdudlaşmasının artıq sona yetdiyini göstərən dair aydın əlamətlər var.

“Nüvə dövlətlərinin hamısı öz arsenallarını genişləndirir və ya modernləşdirirlər.  Onların əksəriyyəti nüvə ritorikasını və hərbi strategiyalarında nüvə silahının rolunu təşviq edirlər. Bu, çox narahatedici tendensiyadır”, - SIPRI kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq əlavə edib.

SIPRI iddia edir ki, 2022-ci ilin yanvar ayına olan nüvə başlıqlarının ümumi sayı 12 705 olub, onlardan 9 440-ı aktivdir və potensial olaraq hərbi istifadəyə hazırdır. Ötən illə müqayisədə bu rəqəm bir qədər azalıb - 2021-ci ilin yanvarında 13 080 döyüş başlığı olub. Amma bu azalma silahsızlaşma əlaməti deyil - sadəcə ABŞ və Rusiya bir neçə il əvvəl planlaşdırılan köhnəlmiş sistemləri yığışdırıblar. Aktiv döyüş başlıqlarının sayı isə il ərzində praktiki olaraq dəyişməyib.

Dünya nüvə arsenalının 90%-dən çoxu Rusiya Federasiyası və ABŞ-ın payına düşür. SIPRI analitikləri vurğulayırlar ki, bu ilin əvvəlinə Rusiyanın strateji nüvə silahlarından əlavə, 1912 taktiki nüvə silahı da var.

Çin nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirməkdədir. Bunu, xüsusən, peyk görüntülərində müşahidə oluna bilən 300-dən çox yeni raket silosunun tikintisi göstərir.

Qərb ölkələri də öz arsenallarını genişləndirir və ya müasirləşdirir. Xəbərdə deyilir ki, İngiltərə 2021-ci ildə də nüvə silahı ehtiyatlarını artırmaq qərarına gəlib. London həmçinin nüvə arsenalı haqqında dəqiq məlumatlar dərc etməyəcəyini açıqlayıb.

Fransa isə 2021-ci ildə ballistik raketlər və nüvə başlıqları ilə təchiz oluna bilən yeni nüvə sualtı qayıqlarının hazırlanması proqramına start verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin "Vaqner"in keçmiş komandiri ilə görüşüb

Toplum TV
29 Sentyabr 2023

Sosial media

Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb. Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.  “Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, -  Putin Troşevə bildirib. Bundan əlavə, Rusiya prezidenti  hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb....
Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.   Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq. Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.   Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.   Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb. Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo