Dünya

Şolts: Putinin müharibəni uzun müddət davam etdirmək üçün böyük resursları var

4 İyul, 2022
765

Açıq mənbələrdən götürülüb

Almaniya Kansleri Olaf Şolts Ukrayna müharibəsinin nə qədər müddət davam edə biləcəyinə dair öz ehtimalını səsləndirib. O, CBS telekanalına müsahibəsində fikirlərini bölüşüb.

Siyasətçinin sözlərinə görə, hərbi əməliyyatların nə qədər davam edəcəyini  "heç kim bilmir".

“O, [Rusiya Prezidenti Vladimir Putin] çox sayda insanın yaşadığı, böyük resursları olan nəhəng bir ölkəyə rəhbərlik edir,  ona görə də müharibəni həqiqətən uzun müddət davam etdirə bilər”, - deyə kansler bildirib 

Xatırlatma

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

ATƏT müşahidəçiləri Türkiyədəki seçkiləri tam ədalətli saymayıblar

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

ATƏT-dən olan beynəlxalq müşahidəçilər Türkiyədə keçirilən prezident seçkilərini tam azad və ədalətli kimi tanımayıb.  Toplum TV "Radio Rferl"-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın seçkilərin ikinci turu ilə bağlı hesabatında qeyd olunub.   Müşahidəçilər təsdiq edib ki, seçkilərin təşkili demokratik qaydalara uyğun olub və seçicilər namizədləri seçməkdə sərbəst olublar. Amma seçki kampaniyasında ayrı-seçkilik xarakterli ifadələrdən istifadə olunub. Burada dövlət mediasının qərəzli olmasından, söz azadlığının məhdudlaşdırılmasından da bəhs edilir. Bu, ATƏT-in fikrincə, namizədlərin qeyri-bərabərsizliyinə və Rəcəb Tayyib Ərdoğana imtiyazların verilməsinə səbəb olub.  https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip Türkiyədə seçkilərin nəticələri türk lirəsinə də mənfi təsir göstərib. Ərdoğanın qələbəsi elan edildikdən sonra lirə dollar qarşısında...
Dünya

Ukrayna İrana sanksiyalar qoymağa hazırlaşır

Toplum TV
29 May 2023

PBS

Ukrayna Prezidenti Volodimir Zelenski parlamantə İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.  Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi hərbi yardımdır. Kiyev Tehranı Rusiyanı Ukraynanın kritik infrastrukturuna hücum üçün istifadə olunan silahlarla, xüsusən də "Şahed" dronları ilə təchiz etməkdə ittiham edir. Tehran isə iddia edir ki, Rusiyaya az sayda pilotsuz təyyarələr verib, amma bu, müharibə başlamazdan əvvəl olub. ...

Seçilmiş Videolar

Toplum TV loqo