FOTO: iStock
Gürcüstanda son sutkada daha 1 357 nəfərə koronavirus diaqnozu qoyulub, 748 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib.
Bu barədə yanvarın 14-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 244 612 təşkil edir. Onların 228 359-u sağalıb, 2 867-si isə ölüb.
Hazırda karantin zonalarında 496, stasionar nəzarətdə 3 780 nəfər var. 638 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Ermənistanda isə daha 448 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı yanvarın 14-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 163 576 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 2 963-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 721-ə yüksəlib. İndiyədək 151 849 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 8 043 aktiv koronavirus xəstəsi var.