Açıq mənbələrdən götürülüb
İctimai Rəy Fondunun (FOM) sorğusuna əsasən, rusların demək olar ki, 80%-i qondarma "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası", eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya “qoşulmasını” dəstəkləyib.
"Meduza.io" xəbər verir ki, sorğuda Rusiyanın 53 regionundan 1500 insan iştirak edib. Araşdırmanın nəticələrinə görə, sorğuda iştirak edənlərin 78 faizi ilhaqa tərəfdar, 7 faizi isə əleyhinə çıxıb. Qalanları ya cavab verməkdə çətinlik çəkiblər, ya da “yalnız bəzi ərazilərin” ilhaqı ilə razılaşdıqlarını bildiriblər.
Respondentlərin 37%-i "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası"nda “referendumların” vaxtında keçirildiyini, 44%-i isə daha əvvəl keçirilməli olduğunu düşünür. 6%-in fikrincə, “referendumlar” keçirilməməli idi. Xerson və Zaporojye vilayətləri ilə bağlı oxşar suala oxşar cavablar alınıb.
https://toplum.tv/siyaset/azerbaycan-ukraynadaki-qanunsuz-referendumlarla-bagli-sesvermeden-yayinib
Sorğunun nəticələrinə görə, rusiyalıların 78%-i hesab edir ki, "DXR" və "LXR"-də “referendumların” nəticələri bu ərazilərin sakinlərinin əksəriyyətinin fikrini əks etdirir. Xerson və Zaporojye vilayətləri haqqında suala qaldıqda, “səsvermənin” dürüstlüyünə inam göstəricisi 68-69%-ə qədər azalıb, suala cavab verməyənlərin sayı isə 22-23%-ə yüksəlib. Bununla yanaşı, respondentlərin yalnız 7-8%-i hesab edir ki, “referendumlar” ilhaq edilmiş ərazilərin sakinlərinin əksəriyyətinin fikrini əks etdirmir.
Bundan əvvəl VTSİOM (ВЦИОМ) analoji sorğu keçirmişdi. Araşdırmanın nəticələrinə görə, rusiyalıların 77%-i “referendumların” ciddi pozuntular olmadan keçirildiyini, 11%-i isə əksini hesab edirdi. Respondentlərin 83%-nin qənaətincə, “Rusiya bu ərazilərin sakinlərinin maraqlarını qorumalıdır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb