Dünya

Sosial şəbəkə istifadəçiləri dezinformasiyaya daha tez inanır?

23 Fevral, 2021
79

Adweek

Əsas xəbər mənbəyi kimi sosial şəbəkələrə istinad edən amerikalıların siyasət və COVID-19 kimi mühüm mövzularda dezinformasiyaya və sübutu olmayan xəbərlərə inanmaq ehtimalı yüksəkdir. 

Bu barədə "Pew Research Center" tədqiqat mərkəzinin fevralın 22-də açıqladığı hesabatda məlumat verilib. 

Hesabata görə, xəbər almaq üçün sosial mediadan istifadə edən kəslər əsas mövzular haqqında daha az məlumatlıdırlar, şayiə və yalanlara isə daha həssasdırlar. 

Məlumata görə, sosial şəbəkələr getdikcə daha populyar xəbər mənbəyinə çevrilir. Respondentlərin 18%-i siyasi xəbərlərin çox hissəsini sosial şəbəkələr vasitəsilə aldıqlarını deyiblər. Hərçənd məlum olub ki, mətbuat izləyənlərlə müqayisədə bu adamların siyasət və cari hadisələrlə bağlı faktlara söykənən suallara doğru cavab vermək şansları azdır.

Tədqiqat təxminən 9000 yetkin amerikalının fikrinə əsaslanır. Sorğu iştirakçılarının əksəriyyəti sosial şəbəkələrə inanmadıqlarını söyləyiblər və "Feysbuk"un daha az etimada layiq olduğunu bildiriblər.

Dünya

Qarabağ ermənilərinin 120-dən çox hərbçisi Baş qərargah rəisini dəstəklədi

8 Mart 2021

Ermənistan MN

Dağlıq Qarabağdakı qondarma quruluşun 120-dən artıq hərbçisi Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyana dəstəklədiklərini ifadə ediblər.  Bu barədə martın 8-də Yerevanda çıxan “Aravot” qəzeti məlumat verib.  Qasparyana dəstək ifadə olunan bəyanatın altında 124 separatçı zabitin imzası var. Onlar siyasi məsələlərdə bitərəfliklərini qoruduqlarını, amma general-polkovnik Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsində xidmətini davam etdirməsini istədiklərini bildiriblər. Qəzetin saytında imzaların fotosurəti də yerləşdirilib. Ermənistanda növbəti siyasi böhran baş nazir Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər” raket kompleksləri haqqında mənfi rəyindən sonra yaranıb. Baş Qərargah rəisinin müavini Paşinyanın dediklərini məsxərəyə qoyduqdan sonra istefaya göndərilib, ardınca Baş Qərargah rəisinə də istefa təklif olunub....
Dünya

İsveçrədə sifəti gizlətmək qadağan olunacaq

8 Mart 2021

Lenta.ru

Şənbə günü İsveçrədə üç qanun layihəsi ilə əlaqədar federal səviyyədə referendum keçirilib.  Nəticələr barədə martın 7-də "Swiss Info"nun İsveçrə ictimai teleradio şirkətinin məlumatlarına əsasən verdiyi xəbərə görə, referenduma çıxarılan məsələlər İndoneziya ilə azad ticarət haqqında razılaşma, sosial şəbəkədə şəxsi elektron identifikasiya və ictimai yerlərdə üzünü gizlətməyin qadağan olunmasını kimi məsələləri əhatə edib Aydın olub ki, İsveçrə əhalisinin əksəriyyəti örpək, balaklava və pərəncə kimi üz gizlədən geyimlərin qadağan olunmasının tərəfdarıdır. İctimai fikrin tədqiqi ilə məşğul olan "GFS.Bern" təşkilatının rəhbəri Lukas Qolder bildirib ki, seçicilərin 52,7%-i bu qadağanın lehinə səs veriblər.  Belə bir qadağanın konstitusiyaya daxil edilməsini təklif edən Anian Librand inanır...
Seçilmiş Videolar