Dünya

Sosial şəbəkə istifadəçiləri dezinformasiyaya daha tez inanır?

23 Fevral, 2021
75

Adweek

Əsas xəbər mənbəyi kimi sosial şəbəkələrə istinad edən amerikalıların siyasət və COVID-19 kimi mühüm mövzularda dezinformasiyaya və sübutu olmayan xəbərlərə inanmaq ehtimalı yüksəkdir. 

Bu barədə "Pew Research Center" tədqiqat mərkəzinin fevralın 22-də açıqladığı hesabatda məlumat verilib. 

Hesabata görə, xəbər almaq üçün sosial mediadan istifadə edən kəslər əsas mövzular haqqında daha az məlumatlıdırlar, şayiə və yalanlara isə daha həssasdırlar. 

Məlumata görə, sosial şəbəkələr getdikcə daha populyar xəbər mənbəyinə çevrilir. Respondentlərin 18%-i siyasi xəbərlərin çox hissəsini sosial şəbəkələr vasitəsilə aldıqlarını deyiblər. Hərçənd məlum olub ki, mətbuat izləyənlərlə müqayisədə bu adamların siyasət və cari hadisələrlə bağlı faktlara söykənən suallara doğru cavab vermək şansları azdır.

Tədqiqat təxminən 9000 yetkin amerikalının fikrinə əsaslanır. Sorğu iştirakçılarının əksəriyyəti sosial şəbəkələrə inanmadıqlarını söyləyiblər və "Feysbuk"un daha az etimada layiq olduğunu bildiriblər.

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar