Dünya

Şotlandiya müstəqillik haqqında yeni referendum keçirmək istəyir

13 Sentyabr, 2021
815

Voice of America

Şotlandiyanın birinci naziri və Milli Partiyanın sədri Nikola Stergen ümid edir ki, Böyük Britaniya hökuməti regionun müstəqilliyi mövzusunda əməkdaşlıq yolunu seçəcək. 

TASS xəbər verir ki, bu fikir Stergenin keçirəcəyi mətbuat konfransındakı nitqinin mətnində yer alıb. 

“Mənim idarəçiliyə və siyasətə yanaşmam konfrontasiya deyil, mümkün qədər əməkdaşlıq üzərində qurulacaq. Buna görə də ümid edirəm ki, Şotlandiya və Böyük Britaniya 2014-cü ildə olduğu kimi razılığa gələ və şotland xalqının demokratik arzularının eşidilməsinə və onlara hörmətlə yanaşılmasına nail olacaqlar”, - deyə nazirin çıxışında qeyd edilib. 

“Böyük Britaniya ölkələrin könüllü ittifaqıdır. Yaxın zamanlara qədər Şotlandiya xalqının müstəqil olub-olmamaq hüququnu kimsə şübhə altına almırdı. Bizim gələcəyimizi burada yaşayan insanların razılığı olmadan Britaniya parlamenti həll edə bilməz”.

Müstəqillik tərəfdarı olan xanım Stergen hesab edir ki, 5,5 milyon əhalisi olan region müstəqil olacağı halda London və Edinburq arasındakı münasibətlər daha da möhkəmlənəcək: “Müstəqil Şotlandiya və Böyük Britaniyanın digər hissələri arasında əməkdaşlıq daha möhkəm əsaslar üzərində davam edəcək. Şotlandiya bərabər partnyor olacaq”. 

Şotlandiyanın müstəqilliyi haqqında referendum 2014-cü ildə keçirilib və iştirakçıların 55,3 faizi müstəqilliyin əleyhinə səs veriblər. Amma Şotlandiya əhalisinin 2016-cı ildə keçirilən referendumda "Breksit"i dəstəkləməməsi şotland millətçilərinə müstəqillik məsələsinə yenidən qayıtmaq üçün əsas verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo