Açıq mənbələrdən götürülüb
Şotlandiyanın birinci naziri Nikola Starjen Edinburqda keçirdiyi mətbuat konfransında Böyük Britaniyadan azad olmaqla bağlı ikinci referenduma hazır olduqlarını açıqlayıb.
İyunun 14-də Şotlandiya hökumətinin rəsmi saytında dövlətin islahat planını əks etdirən “Niyə daha sağlam, daha xoşbəxt, daha ədalətli Şotlandiya olmasın?” adlı sənəd dərc edilib. Sənədin ön sözündə Starjen yazıb ki, indi “koronavirus, Breksit və Boris Consondan sonra” “Yeni Şotlandiya” qurmaq üçün ən yaxşı vaxtdır.
Amma yeni səsvermənin keçirilməsi üçün Britaniya hökumətinin razılığı zəruridir. Böyük Britaniyanın baş naziri Boris Conson isə bildirib ki, indi referendumdan danışmağın vaxtı deyil. O, daha əvvəl "Şotlandiyanın ayrılmasına imkan verməyəcəyinə" dair söz vermiş və məsələnin 2014-cü ildə keçirilən ilk referendumdan sonra həll olunduğunu söyləmişdi.
O vaxtlar Şotlandiya əhalisinin 55%-i müstəqilliyin əleyhinə səs vermişdi. Referendum Böyük Britaniya Avropa İttifaqından çıxmazdan əvvəl (Breksit) keçirilmişdi. İndi Şotlandiya millətçiləri əmindirlər ki, Breksitdən sonra nəticə kökündən fərqli olacaq.
Rəy sorğuları göstərir ki, Şotlandiyada müstəqilliyin tərəfdarları ilə əleyhdarlarının sayı təxminən bərabərdir. Bununla belə, "The Scotsman" yazır ki, may ayında keçirilən sorğuya əsasən, sakinlərin yalnız üçdə biri yeni referendumun keçirilməsi ideyasını dəstəkləyir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?