Dünya

Şri-Lanka Prezidenti ölkədən qaçıb

13 İyul, 2022
421

Global Voices

Şri-Lankada baş qaldıran kütləvi etirazlar nəticəsində istefaya gedəcəyi gözlənilən Prezident Qotabaya Rajapaksa bu gün, iyulun 13-də ölkəni tərk edib. Onun Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Maldiv adalarına getdiyi bildirilir.

"Svoboda.org" məlumat verir ki, bir neçə gün əvvəl başlayan kütləvi aksiyalara görə, Rajapaksa hərbi mühafizə altında idi. Etirazçılar Kolombo şəhərində prezident sarayına basqın etmişdilər. Parlament sədri bəyan etmişdi ki, Prezident iyulun 13-də istefa verməyə razılaşıb. Amma bu gün məlum olub ki, o, istefasını elan etmədən ölkəni tərk edib. Bu xəbər etirazçılar arasında yeni hiddət dalğasına səbəb olub.

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe özünün prezident səlahiyyətlərini yeni icraçısı elan etdikdən sonra ölkədə fövqəladə vəziyyət tətbiq edib. Amma nümayişçilər Baş nazirin də istefasını tələb edirlər. Kolomboda hökumət binalarına basqın edildiyi bildirilir.

Şri-Lankada hazırda ölkə tarixinin ən böyük iqtisadi böhranlarından biri yaşanır. iqtisadi çətinliklər kütləvi aksiyaların tətiklənməsinə səbəb olub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo