Dünya
ÜST: "Azərbaycanda antibiotiklərin sərbəst satışı məhdudlaşdırılmalıdır"
24 Noyabr, 2020
Baxış: 191
"Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır" . Bunu noyabrın 24-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. 

Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında çıxış edən Harmancı bildirib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını həyata keçirir, bu məhdudlaşdırmalıdır.

"Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”, - deyə Harmancı vurğulayıb.
Dünya

Co Bayden and içdi

20 Yanvar, 2021
Demokrat, keçmiş prezident müavini, 36 illik konqresmen Co Bayden ABŞ-ın 46-cı prezidenti olacaq. TASS agentliyinin yanvarın 20-də verdiyi xəbərə görə, ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.  Yeni prezident çıxışı zamanı  ölkəyə və Konstitusiyaya sadiq qalacağına and içib. Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada yeni seçilmiş ABŞ-ın 49-cu vitse-prezidenti Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens də əyləşib.    Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.    Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib. Donald Trampın tərəfdarlarının 6 Yanvar Kapitolidəki...
Dünya

İtaliya "Pfizer" şirkətini məhkəməyə verir

20 Yanvar, 2021
İtaliya koronavirusa qarşı vaksinlərin çatdırılmasını yubatdığına görə ABŞ-ın əczaçılıq şirkəti "Pfizer"i məhkəməyə verməyə hazırlaşır. Bu barədə yanvarın 20-də "Rai Nyuz 24" telekanalına müsahibəsində İtaliyanın Regionlar Naziri Françesko Boçça deyib. "Biz əldə olunmuş Avropa sazişləri əsasında məsələyə aydınlıq gətirilməsini və ölkəmizə hörmət edilməsini tələb edirik", - Boçça deyib. Siyasətçi preparatların xəbərdarlıq edilmədən ixtisar edilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Bir neçə gün əvvəl "Pfizer" şirkəti Avropaya çatacaq vaksinlərin sayında ixtisarların baş verəcəyini bəyan edib, şirkət bunu məhsulun modernləşdirilməsiylə izah edib. Bildirilib ki, məhsulun istehsalınının artırılması prosesi gedir: il ərzində 1,3 milyard əvəzinə, 2 milyard doza peyvənd istehsal olunacaq. Hazırda isə zavodlar bunun öhdəsindən...
Seçilmiş Videolar
Menu