Stoltenberq: Bu, Rusiya və NATO arasında tammiqyaslı müharibəyə çevrilsə, hamımız əziyyət çəkəcəyik
Açıq mənbələrdən götürülüb
NATO-nun baş katibi təşkilatın Madrid sammitində söyləyib ki, hazırda Avropada İkinci Dünya Müharibəsindən bəri görülməyən irimiqyaslı hərbi əməliyyatlar nəticəsində dünya daha “təhlükəli” və “proqnozlaşdırılmayan” bir yerə çevrilib.
"Guardian"-nın iyunun 30-da yaydığı məlumata görə, baş katib Ukraynadakı müharibənin daha da pisləşə biləcəyini istisna etməyib:
"Çünki bu, Rusiya və NATO arasında tammiqyaslı müharibəyə çevrilərsə, o zaman biz bu gün Ukraynada gördüyümüzdən qat-qat böyük miqyasda əzab-əziyyət, zərər, ölüm və dağıntı görəcəyik".
https://toplum.tv/dunya/abs-kesfiyyati-putin-ukraynanin-boyuk-hissesini-tutmaq-isteyir
O, hazırda NATO-nun qarşısında iki vəzifənin durduğunu bildirib: biri Ukraynaya dəstək vermək, digəri Ukraynadan kənarda eskalasiyanın qarşısını almaqdır. “Bu, NATO-nun mövcud münaqişənin bir hissəsi olmamasının səbəbidir”- deyə, o əlavə edib.
Stotenberqin sözlərinə görə, NATO Rusiyadan gələn təhlükəyə qarşı şərq cinahındakı mövcudluğunu 40 000-dən çox əsgərlə gücləndirib.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür