Rəsmi səhifə
“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ prezidenti Co Baydenin reytinqi inauqurasiyasından bəri ən aşağı həddə düşüb.
"Röyters" agentliyinin "İpsos" sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələri bunu sübut edir.
Cümə günü avqustun 13-də əldə olunan nəticələrə görə, Baydenin reytinqi 7% aşağı düşüb. Həddi-buluğa çatan amerikalıların cəmi 46 faizi prezidentin fəaliyyətini bəyəndiyini deyib. Bu, Ağ Ev sahibinin yanvarda öz vəzifəsinin icrasına başlamasından etibarən hər həftə keçirilən həftəlik sorğularda ən aşağı göstəricidir.
ABŞ-ın Əfqanıstanda 20 illik mövcudiyyətindən və vergi ödəyicilərinin yüz milyardlarla dollar pulunu xərcləyəndən sonra “Taliban”ın hakimiyyəti ələ keçirməsi Baydenin populyarlığını azaldıb. Amma respublikaçıların və demokratların çoxu o fikirdədir ki, Əfqanıstanda yaşanan xaos Birləşmiş Ştatların artıq bu ölkədə çıxmalı olduğunun göstəricisi idi.
Dövlət katibi Entoni Blinken daha əvvəl bildirmişdi ki, ABŞ Əfqanstanda olduğu 20 il ərzində 1 trilyon dollar xərcləyib. Bu pulun xeyli hissəsi Əfqanıstan ordusuna təlim keçməyə, onu texnika və silah-sursatla təmin etməyə sərf olunub. İndi həmin texnika da "taliblər"in əlinə keçib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür