Sosial Media
“Taliban” Kabildə etiraz aksiyasına çıxan qadınlara qarşı zorakılıq edən dörd nəfər barəsində həbs qərarı çıxarıb.
Bu barədə hərəkatının nümayəndəsi Zəbiulla Mücahid özünün sosial media hesabında məlumat paylaşıb.
“Onlar qadınlarla və “Al Arabiya”nın reportyoru ilə sərt davranıblar. Hadisə yerinə gələn asayiş keşikçiləri vəziyyəti nəzarətə alıblar və həmin şəxsləri saxlayıblar”, - Mücahid bildirib.
Eyni zamanda “Taliban” sözçüsü yeni hökumətin formalaşmadığını əsas gətirərək etirazları vaxtsız adlandırıb: “İndi etiraz zamanı deyil, “Taliban” yenicə hakimiyyətə gəlib və bütün instansiyalar hələ işləmir. Biz hava limanında partlayışın şahidi olduq, şərait hələ təhlükəsiz deyil. Onlar bir qədər səbrli olmalı və nəsə tələb etmək üçün hökumətin formalaşmasını gözləməlidirlər”.
kremin.ru
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”