Dünya

“Taliban” özünün əsas tərəfdaşının adını açıqladı

3 Sentyabr, 2021
229

Açıq mənbələrdən götürülüb

“Taliban” hərəkatı Çini özünün əsas xarici tərəfdaşı hesab edir. 

"İnterfaks" xəbər verir ki, bu fikri təşkilatın nümayəndəsi Zəbiulla Mücahid səsləndirib.

“Çin bizim üçün müstəsna fundamental fürsət deməkdir, çünki o, ölkəmizə investisiya ayırmağa hazırdır”, - taliblərin mətbuat katibi deyib. Onun sözlərinə görə Çin Əfqanıstanın müharibədən sonrakı rekonstruksiyasına kömək etmək niyyətindədir. 

Zəbiulla Mücahid Çinin “Bir qurşaq, bir yol” adlı iqtisadi layihəsi haqqında müsbət fikirlər səsləndirib, Pekinin bununla “qədim İpək yolu”nu  bərpa etdiyini vurğulayıb. Taliban sözçüsü Əfqanıstanın dağ-mədən sənayesinin bərpasında da Çinin köməyinə ümid etdiklərini bildirib.

Əfqanıstanın mis mədənlərindən ayrıca bəhs edən Mücahid çinlilərin köməyi ilə onların modernləşdirilə və hasilata qaytarıla biləcəyini deyib. Sözünün sonunda o, Çinin Kabil üçün “bütün dünya bazarlarına” çıxış olduğunu söyləyib. 

“Taliban” daha əvvəl ölkənin bərpasında Türkiyənin yardımına da ümid etdiyini bildirmişdi. Onlar səhiyyə, təhsil, iqtisadiyyat, tikinti və energetika kimi sahələrdə Ankaranın yardımına ümid etdiklərini açıqlamışdılar.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar