Dünya

"Taliban" qadın hüquqları məsələsini üləməlara həvalə etdi 

12 Oktyabr, 2021
75

Açıq mənbələrdən götürülüb

“Taliban”qadınlara iş və təhsil hüququnun verilməsini nəzərdən keçirməkdən imtina edib və bununla üləmaların məşğul olacağını bildirib. 

"Sputnik" xəbər verir ki, bu məlumatı Əfqanıstan müvəqqəti hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zəbiulla Mücahid paylaşıb.

Taliblərin nümayəndəsi bildirib ki, qadınlara da iş lazımdır, amma Əfqanıstan İslam Əmirliyinin rəhbərliyi  bu işlə məşğul olmayacaq. “Rəhbərlik bu işi üləmalara həvalə edib”, - deyə Mücahid bildirib.

Onun sözlərinə görə, mövzu yaxın günlərdə müzakirəyə çıxarılacaq. 

Ekspertlər iddia edir ki, indiki bəyanat əslində “Taliban” rəsmilərinin qızların yaxın vaxtlarda təhsil müəssisələrinə qayıdacaqları ilə bağlı daha əvvəl səsləndirdikləri fikirlərin təkzibindən başqa bir şey deyil. 

Sentyabrın 20-də xəbər verilirdi ki, taliblər kişilərin işləyə biləcəyi vəzifələri tutan qadınlara evdə qalmağı və işə çıxmamağı tapşırıblar. Bu zaman onlara maaşlarının veriləcəyi vəd olunub. Kişilərlə əvəzlənməsi mümkün olmayan işlərdə - məsələn, ictimai qadın tualetlərində - çalışan qadınlar isə istisnadırlar.
Eləcə də qadınlar kişilərlə eyni yerlərdə işləyə bilməzlər, bu da onları hökumətdə, banklarda, küləvi informasiya vasitələrində, şirkətlərin əksəriyyətində işləmək imkanından məhrum edir.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar