açıq mənbədən götürülüb
Əfqanıstanda hakimiyyətə nəzarət edən "Taliban" hərəkatı qadınlara lüzumsuz yerə çölə çıxmamağı və ictimai yerlərdə üzlərini pərdə arxasında gizlətməyi əmr edib. Fərmana əməl etməməyə görə həbs cəzası nəzərdə tutulub.
Bu barədə məlumatı “Azadlıq” radiosunun Əfqanıstan xidməti məlumat yayıb.
Yeni qanuna görə, qanun pozuntusuna görə qadın deyil, onun ailəsinin kişi üzvləri cəzalandırılacaq. Herat əyalətində taliblərin qadınlara avtomobil sürməyi öyrətməyi də qadağan etdiyi bildirilir. Fərman rəsmi olaraq elan edilməyib, lakin onun bütün ölkə ərazisinə şamil edilib-edilməməsi hələlik məlum deyil.
Məcburi burka taxmaq "Taliban" tərəfindən 2001-ci ildə, əvvəlki administrasiyanın hakimiyyəti dövründə tətbiq edilib.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”