Al Arabiya
Əfqanıstandakı “Taliban” hərəkatının ali rəhbəri Heybətulla Axundzadə qadın hüquqları ilə bağlı xüsusi fərman imzalayıb.
"İnterfaks" xəbər verir ki, bu barədə "Taliban"-ın sözçüsü Zəbiulla Mücahid məlumat verib.
Fərmanda qeyd olunur ki, hərəkatın rəhbərliyi bütün vəzifəli şəxslərə, ilahiyyatçılara və tayfa ağsaqqallarına qadınların hüquqlarının təminatı üçün ciddi addımlar atmağa çağırır. Fərmana əsasən, nikah bağlanması üçün yetkin qadının razılığı zəruridir, kimsə qadını ərə getməyə məcbur edə bilməz.
Sənəddə həmçinin aşağıdakı müddəalar yer alıb:
- Qadın mülk deyil, nəcib və azad insandır. Kimsə onunla əşya kimi davranmamalıdır. Ərinin ölümündən sonra, dul qadın zorla ərə verilə bilməz.
- Qadın ölmüş ərinin, uşaqlarının, atasının və digər qohumlarının mirası üzərində hüquqa malikdir. Heç kim onu bu hüquqdan məhrum edə bilməz
- Çoxarvadlı kişilər bütün arvadlarının şəriətlə göstərilən hüquqlarını tanımalı və onlarla ədalətli davranmalıdır.
Din və həcc üzrə nazirliyə üləmaları qadın hüquqlarının əsas prinsipləriylə bağlı moizələrə həvəsləndirmək barədə tapşırıq verilib. Mədəniyyət və informasiya nazirliyi mövzu ilə əlaqəli faydalı məlumatlar hazırlayıb paylaşmalıdır. Məhkəmələrə isə qadınların, xüsusən də dul qadınların şikayətlərinə həssas yanaşmaq barədə tövsiyə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə