Açıq mənbələrdən götürülüb
“Taliban” hərəkatı türk hərbçilərindən Əfqanıstandan çıxmağı tələb edib.
"Röyters"-in məlumatına görə bu barədə “Taliban”ın yaydığı bəyanatda bildirilir.
Hərəkat BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi Doha razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilməsinin zəruru olduğunu vurğulayıb.
“Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, amma işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə rəsmilərinə qarşı kin və düşmənçilik hisslərini oyadacaq, bu isə ikitərəfli əlaqələrə zərər verəcək”, - deyə bəyanatda bildirilib.
“Taliban” bəyan edib ki, Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan qərarı ləğv etməyə çağırır.
"Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik. Onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib. Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq, 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar. Bu halda bütün məsuliyyət başqalarının işinə müdaxilə edən və bu cür düşünülməmiş qərarlar verənlərin üzərinə düşəcək”, - deyə bəyanatda vurğulanıb.
Türkiyə tərəfi isə Əfqanıstanda qalıb Kabul hava limanının fəaliyyətini davam etdirməkdə israrlıdır.
"NATO-nun 360 dərəcə nəzəriyyəsi çərçivəsində fəaliyyətimiz davam etdiririk. Hər hansı çətinliyimiz yoxdur”, - deyə Türkiyənin müdafiə naziri Hülusi Akar jurnalistlərə açıqlamasında bildirib.
Akar Türkiyənin 20 ildir Əfqanıstanda olmasına baxmayaraq, indiyədək heç bir hərbi əməliyyatda itirak etmədiyini vurğulayıb. O, Kabul hava limanının fəaliyyətinin davam etdirilməsinin əfqan xaqının mənfəətinə uyğun olduğunu deyib.
"Hava limanı bağlanarsa, əmin-amanlıq olmaz, əlaqə və nəqliyyat olmaz. Əfqanıstanda da heç bir ölkə qalmaz. Belə şəraitdə dövlət təcrid halına düşər. Bu da qəbuledilməzdir", - deyə Türkiyənin müdafiə naziri qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb