Dünya

Tengiz Ablotiya: "David Qareci məsələsindən türkofobiya ilə məşğul olan millətçi təşkilatlar istifadə edir"

5 Fevral, 2021
2078

"Exo Kavkaza"

Tbilisili analitik, "Exo Kavkaza"da məqalələrin daimi müəllifi Tengiz Ablotiya ötənilki Qarabağ müharibəsinin nəticələrini, Mehri dəhlizinin açılmaşından sonra Gürcüstan vasitəsilə tranzit yolunun perspektivini, həmçinin David-Qareci/Keşikçi dağ monastrının mənsubluğu ətrafında Gürcüstanda ictimai gərginliyin artmasını şərh edib.

- Gürcüstanın baş naziri Qaxariya David Qareci monastrının yerləşdiyi Keşikçi dağın Azərbaycan ərazisinə mənsubluğu məsələsini gündəmə gətirən yerli siyasətçilərə xəbərdarlıq edib. Tbilisidə guya bu ərazini monastr ilə birlikdə götürən Azərbaycana yardım etməkdə ittiham olunan iki kartoqrafın məhkəməsi davam edir. Baş nazirin xəbərdarlığının səbəbi nədir? Tbilisidə monastr mövzusunun eskalasiyası niyə baş verir? Baş nazir Qaxariyanın xəbərdarlığının xeyri olacaqmı?

- David Qareci monastrı problemilə əlaqədar iki ölçü var. Birincisi odur ki, bu məsələdən Gürcüstanda çoxdan və əsaslı şəkildə türkofobiya və islamofobiyanın təbliğatı ilə məşğul olan müxtəlif millətçi təşkilatlar çox fəal istifadə edirlər. Onların əksəriyyəti birbaşa Rusiya ilə bağlıdır və onların fəaliyyətində məqsədlərdən biri gürcüləri inandırmaqdır ki, əsl düşmən Putin Rusiyası deyil, türk dünyası və ümumiyyətlə, islam aləmidir. Yəni, onlar bu barədə açıq danışmırlar, amma nədənsə Rusiyaya aid mövzuları, ümumiyyətlə, qaldırmırlar, ancaq antitürk, antiiran, antiərəb və ümumiyyətlə, antiislam bəyanatlarla daim çıxış edirlər.
Özünü "əsl gürcüçülüyün" və pravoslavlığın qalası kimi təqdim edən kilsə də Qareci məsələsinə dair fəal təbliğat aparır. Demək olmaz ki, təbliğatın nəticələri artıq təəssürat oyadır - məsələn, "Gürcü marşı" təşkilatının keçirdiyi etiraz aksiyalarına yüzlərlə adam gəlir, kilsə isə formal olaraq 90% reytinqə malik olsa da, dindarların real hərəkətlərinə heç bir təsir göstərmir.

Zaman-zaman qərbpərəst QHT-lərin nümayəndələri də David Qareci istiqamətində addımlar atırlar, lakin onların fəaliyyəti çox aktiv deyil. Bu, ictimai təşkilatlara aiddir.
İkinci tərəf ondan ibarətdir ki, hakimiyyətin özü bu mövzudan öz daxili siyasi məqsədləri üçün fəal şəkildə istifadə edir.
Son aylar David Qareci mövzusunun 100% aktuallaşması bu mövzudan keçmiş hakimiyyətə qarşı istifadə edən hazırkı hakimiyyətin vicdanına yazılır. Əsasən indiyədək kartoqraflara qarşı cinayət işi gedir ki, guya onlar da mübahisəli ərazilərin Azərbaycanın tərkibində olduğu xəritələrdən istifadə ediblər.
Hakim partiyanın nümayəndələri onları xəyanətkarlar adlandırırdılar, deyirdilər ki, onların ucbatından monastr kompleksinin bir hissəsi Azərbaycan ərazisinə keçib. Onlardan tələb edirdilər ki, Mixail Saakaşvilinin əmrlərini yerinə yetirdiklərini etiraf etsinlər ki, sonradan ona qarşı növbəti iş açmaq və ona qarşı təbliğat aparmaq imkanına malik olsunlar. Problemin qarşılıqlı həllinə mane olan bütün bu çirkinliklər indiki hakimiyyət tərəfindən başladılıb və davam etdirilir, bu hakimiyyət üçün bütün dünya Mixail Saakaşviliin ətrafında dönür. Mişanı bir daha vurmaq onlar üçün yeganə və ən mühüm vəzifədir ki, onun yerinə yetirilməsi üçün hər şey etmək, o cümlədən Azərbaycanla münasibətləri korlamaq olar.

Bakının bütün bunlara inadla reaksiya verməməsindən görünür ki, onlar Gürcüstan siyasətinin təfərrüatlarından xəbərdardırlar, ona fikir vermirlər və düzgün də edirlər.

Tamamilə mümkündür ki, hələ "kartoqrafların işi" başlamamışdan öncə diplomatik kanallar vasitəsilə Azərbaycan hakimiyyətinə məlumat verilib ki, "əsəbiləşməyin, tezliklə bizdə Qareci ətrafında böyük səs-küy olacaq, lakin bunlar bizim daxili çəkişmələrimizdir, sizə toxunmayacaq". Amma yəqin ki, bu gün Gürcüstanı idarə edənlər də başa düşürlər ki, əgər belə davam etsə, Bakı bu məsələyə sonsuzadək məhəl qoymaya bilməz. Beləliklə, Qaxariyanın bəyanatı çox güman ki, öz partiyasının ünvanına bir siqnaldır: əyləcləri basın.

Baxmayaraq ki, "kartoqraflar" işi üzrə dindirmələr davam edir, çünki onu dərhal bağlaya bilmirlər. Çox güman ki, sadəcə, əyləclərdə buraxılacaq. Bütün ağıllı adamlar vəziyyətin incəliyini başa düşürlər, eləcə də onu başa düşürlər ki, bu məsələnin həlli böyük hay-küy tələb etmir və müttəfiqlərə şamil edildiyi kimi kabinet hüdudlarında sakit həll olunmalıdır.

- 2020-ci il Qarabağ müharibəsinin təsiri altında gürcülərin osetinlər və abxazlarla münaqişəyə münasibətində hansı dəyişikliklər baş verib? Gürcüstanda müharibənin nəticələri necə şərh olunurdu?

- Azərbaycanın Qarabağdakı qələbəsi Gürcüstanda Abxaziya və Cənubi Osetiya ilə bağlı heç nəyi dəyişmir. İlk növbədə ona görə ki, Qarabağda Azərbaycanın rəqibi Ermənistan idi, Rusiya isə qərar qəbul edə bilən oyunçu idi. Nəticə etibarilə, Moskva qərara aldı ki, Paşinyan Ermənistanı onun ən yüksək yardımına layiq deyil və onun uğrunda daha sərfəli tərəfdaşlarla – Azərbaycan və Türkiyə ilə savaşmağa dəyməz.

Gürcüstanla bağlı hər şey başqa cürdür – bizim birbaşa rəqibimiz Rusiyadır, faktiki olaraq, qoparılmış ərazilərin sahibidir və buna müvafiq olaraq biz hərbi qərar haqda heç düşünə bilmərik. Bundan əlavə, Gürcüstan Rusiya üçün neft-qazı olan Azərbaycan və 84 milyonluq Türkiyə qədər mühüm deyil. Buna görə də Moskvanın Abxaziya və Cənubi Osetiya ilə bağlı öz yanaşmasına yenidən baxmasına heç bir motivasiya yoxdur. Bu baxımdan Qarabağ-2020 Gürcüstan üçün heç nəyi dəyişmir.

- 2020-ci il müharibəsinin nəticələri, xüsusilə Putin, Əliyev və Paşinyanın 9 noyabr 2020-ci il tarixli bəyanatı Gürcüstanın maraqlarına toxunur, belə ki, Ermənistanı blokadadan çıxarmaq üçün Azərbaycan vasitəsilə yol açılır. Gürcüstan Ermənistan yüklərinin trafiki üçün inhisarı itirir. Gürcüstanda bu faktı necə qiymətləndirirlər? Bu 2020-ci il müharibəsinin nəticələrilə bağlı tbilisili politoloqların rəylərinə təsir edirmi?

- Əlbəttə, Gürcüstanda hamı başa düşür ki, Ermənistanın Cənubi Qafqazın tranzit-nəqliyyat bazarına çıxması Gürcüstanın rolunu əhəmiyyətli dərəcədə azalda bilər. Bu mövzuya ikili yanaşma var: ilk növbədə, başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin açılması, eləcə də infrastrukturun bərpası çox vaxt tələb edir. Bütün bunları razılaşdırmaq necə mümkün olacaq, Yerevan və Bakı gömrük nəzarəti, dəhlizlə hərəkətin təhlükəsizliyi və s. məsələlərdə necə əməkdaşlıq edə biləcəklər, bu gün bunu heç kim deyə bilməz. Bundan əlavə, Gürcüstanda artıq infrastruktur mövcuddur və heç kim bundan imtina etməz, ən azı ona görə ki, yeni dəhlizin işə salınması mümkünlüyü var. Bu gün heç bir dəhliz yoxdur və nə vaxt olacağı məlum deyil.
Amma bununla yanaşı, əlbəttə, Gürcüstanda hamı başa düşür ki, gec-tez dəhliz olacaq və buna uyğunlaşmaq lazım gələcək. Yapacaq bir şey yox, Gürcüstanın tranzit funksiyasının tədricən azalacağını qəbul etmək lazım gələcək və bu, qaçılmazdır ("Turan").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib. Toplum TV BBC-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.  Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur. https://toplum.tv/dunya/pazerbaycan-israille-bagli-qetnamaye-qarsi-ccedilixibp “Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir. Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək...
Dünya

Azərbaycan İsrailə qarşı qətnamayə səs verib

Toplum TV
29 Noyabr 2023

Un.org

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib. Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.  https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp Azərbaycan daxil olmaqla 91 ölkə qətnaməni dəstəkləyib, 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb. Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa...

Seçilmiş Videolar

Toplum TV loqo