Dünya

Ter-Petrosyan: Bizi ağrılı qərarlar gözləyir, Türkiyə və Azərbaycanla müqavilələr imzalamalı olacağıq

27 Sentyabr, 2022
408

Açıq mənbələrdən götürülüb

Çətin, ağrılı qərarlarla qarşı-qarşıyayıq. Azərbaycan və Türkiyə ilə heç kimin xoşuna gəlməyən müqavilələr imzalanmalıdır, amma bir şey var ki, alternativ yoxdur. 

Bunu Ermənistan İctimai Televiziyasının efirində ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalı olarıq”, - deyə o bildirib. 

https://toplum.tv/siyaset/pasinyan-ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanimaga-hazirdir

"Müxalifətin zənnincə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırılsa, ağrılı qərarlardan qaçmaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, ondan da pis sənədə imza atacaq", - sabiq prezident deyib və əlavə ki, Paşinyan sənədi imzalamaqdan çəkinir, çünki onu “satqın” adlandıracaqlar: "Bəli, bu kapitulyasiyadır, vəziyyət belədir. Heç bir faciə yoxdur, bundan daha güclü dövlətlər də bu yoldan keçiblər.

Ermənistan cəmiyyətində konsolidasiya olmasa və daxili iğtişaşlar davam edərsə, o zaman Türkiyə və Azərbaycanın tələbləri artacaq. Yarım il də davam etsək, ölkəmiz olmayacaq", - o deyib.

Ter-Petrosyan müsahibəsində Rusiya və Qarabağdakı qondarma quruluşa dair də açıqlama verib: 

Onun sözlərinə görə, artıq Rusiyanın köməyinə ümid etmək olmaz, çünki Moskva Cənubi Qafqazda öz təsirini itirib. “"Artsax" məsələsi artıq həll olunub, mən adamların ümidini kəsmək istəmirəm, amma hazırda Ermənistan "Artsax"da oyuncu deyil. Bu müharibədən öncə "Artsax" məsələsinin həllinin açarı Rusiyanın əlində idi, indi Rusiyanın çoxlu problemləri var”.

Sabiq prezident ölkədə milli birliyin əhəmiyyətindən danışıb.

“Mənim təklifim hakimiyyətlə - Nikol Paşinyanı nəzərdə tuturam - dialoqdur. Baş verənlərdən cəmiyyətimizin xəbəri yoxdur.Təkcə bir adam-  Nikol Paşinyan hər şeydən xəbərdardır. Ola bilsin, bunu yaxın ətrafı ilə bölüşür. Bütün həqiqəti bilən iki-üç adam ola bilər. Onlar bilirlər ki, Rusiya, Türkiyə və ABŞ nə təklif edir. İstər mən, istər Robert Köçəryan, istər Serj Sarkisyanın isə heç bir məlumatı yoxdur”, - deyə Ter-Petrosyan bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo