Dünya

Ter-Petrosyan: Daxili qarşıdurma Ermənistanın danışıqlarda mövqeyini zəiflədir

6 May, 2022
347

açıq mənbədən götürülüb

Paşinyanın yerində kim olsaydı - Robert Köçəryan, Serj Sarkisyan və ya, deyək ki, İşxan Saqatelyan, onlar itaətkarlıqla Ermənistanın üzərinə qoyulacaq qərarı qəbul edərdilər.

“ilur.am” saytı yazır ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Ter-Petrosyanın fikrincə, hazırkı daxili siyasi qarşıdurma Ermənistanın qarşıdan gələn çətin danışıqlarda mövqeyini gücləndirmir, əksinə zəiflədir.

“Güzəşt etməmək və status-kvonu saxlamaq siyasətinin milli fəlakətə səbəb olduğunu sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra hətta bu siyasətin keçmiş tərəfdarlarının bəziləri bunu etiraf edirlər”, - keçmiş prezident bildirib.

Ter-Petrosyanın sözlərinə görə, bugünkü müxalifətin əsas məqsədinin nə olduğu bəlli deyil: “ Bu, tamamilə əsassız, pafoslu, özünü doğrultmaq cəhdindən başqa bir şey deyil”.

Sabiq prezidentin sözlərinə görə, müvafiq olaraq, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil: “Əgər bu sadə həqiqət dərk edilməsə və ölkəmizin daxili siyasi təlatümləri davam edərsə, o zaman Paşinyan və ya başqasının yekun sənədi imzalamasından asılı olmayaraq, bizim üzərimizə qoyulan qərarlar daha ağrılı olacaq”.

“Sual yaranır: indiki müxalifət liderləri bunu dərk edirlərmi? Bunu dərk etmirlərsə, deməli, siyasətdən heç nə başa düşmürlər. Əgər fərqindədirlərsə, amma daxili siyasi təlatümləri davam etdirirlərsə, deməli, milli maraqlarla heç bir əlaqəsi olmayan tamam başqa məqsədlər güdürlər. Müxalifətin təşkil etdiyi nümayiş, yürüş və mitinqlərlə bağlı indiki hakimiyyətin sərt addımlarının milli maraqlarla heç bir əlaqəsi yoxdur” - sabiq prezident deyib.

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək küçələrə çıxıb. Mayın 1-də etirazçılar tərəfdarlarını genişmiqyaslı vətəndaş itaətsizliyinə çağırıblar və həmin gündən müxalifət tərəfdarları hər gün etiraz aksiyaları keçirirlər.

Hakimiyyət nümayəndələri müxalifətin tələbini rədd edir, belə bir tələbin geniş əhalinin dəstəyini qazanacağına inanmırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo