Dünya

Ter-Petrosyan Koçaryan və Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham etdi

18 İyun, 2021
684

Açıq mənbələrdən götürülüb

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hazırda parlament seçkilərində qələbə qazanmaq uğrunda mübarizə aparan qüvvələri böhranı dərinləşdirməkdə və ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib. 

"Novosti-Armeniya" resursunun məlumatına görə, Ter-Petrosyan bu qüvvələrin dövlətin maraqlarındansa öz şəxsi mənafeləri uğrunda mübarizə apardıqlarını bildirib. 

"Bu qüvvələr ölkənin gələcəyi üçün heç nə edə bilməzlər. Onların nikbin vədləri və gözəl proqramları - sadəcə pərdə mahiyyəti daşıyır, bu pərdə onların həqiqi niyyətlərini və xalqı necə aldatdıqlarını gizləmək üçündür. Onların sadəcə bir məqsədi var: nəyin bahasına olursa olsun, hakimiyyəti ələ keçirmək, administrativ, maliyyə, informasiya və hətta kriminal resurlardan istifadə etməklə rəqiblərindən qisas almaq. Onlar buna nail olmaq üçün toqquşmadan və açıq təhdidlərlə vətəndaş müharibəsini təhrik etməkdən belə çəkinmirlər", - deyə Erməni Milli Konrqresinin lideri bəyan edib. 

Onun sözlərinə görə, Ermənistan hazırda iki taleyüklü alternativ arasında qalıb - ya dövlətin sabitliyi bərpa edilməli, ya da böhran daha da dərinləşməlidir. 

"Seçkiqabağı təşviqat göstərir ki, mübarizə aparan radikal qüvvələr ikinci alternativi - böhranın dərinləşməsini seçiblər", - deyə Ter-Petrosyan vurğulayıb. 

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar