Euronews
Birləşmiş Ştatların "Time" jurnalı Belarusda prezident seçkilərinə keçmiş namizəd olan Svetlana Tixanovskayanı öz fəaliyyət sahələrində "gələcəyi quran" 100 liderin siyahısına daxil edib.
"Time" junalının yerli vaxtla fevralın 18-də verdiyi məlumata görə, siyahı müxtəlif sahələrdə tanınan şəxslərin tövsiyələri, ya da jurnalın redaksiya heyətinin qənaətlərinə əsasən hazırlanır. Siyahıya siyasi-ictimai liderlərdən başqa, sənətkarlar, novatorlar və jurnalın "fenomen" adlandırdığı fəaliyyəti olan şəxslər də daxil edilir.
Tixanovskaya siyahıya Venesuela müxalifərinin lideri Xuan Quaydonun məsləhəti ilə salınıb. Siyasətçi Tixanovskayanı belə təsdir edib: "Dünyada demokratoya uğrunda mübarizə aparanlar üçün dirəniş və ləyaqət rəmzi".
Quaydo Tixanovskayanı Belarusda ötən ilin avqustunda keçirilmiş prezident seçkilərinin həqiqi qalibi adlandırıb.
"Tixanovskayanın cəsarətindən, igidliyindən və inadkarlığından ilhamlanan on minlərlə insan rejimə etiraz edib. Belarusda insanlar demokratiya yoluna qədəm qoyublar və bu yol ancaq azadlıqla nəticələnə bilər", - deyə jurnalın materialında vurğulanıb.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?