Rəsmi səhifə
Qazaxıstandakı etirazların əsas səbəbi zənginlərlə kasıblar arasındakı kəskin təbəqələşmədir ki, terrorçular da sabitliyi pozmaq üçün bundan istifadə ediblər.
“Tengrinews” portalının teleqtam-kanalının məlumatına görə, bu bəyanatla Prezident Qasım-Comərd Tokayev çıxış edib.
O, ölkədəki aksiyalar öncəsi vəziyyəti “barıt çəlləyi” adlandırıb, amma kibriti çəkənlərin sui-qəsdçilər və radikallar olduğunu vurğulayıb: “Biz iqtisadi siyasətimizə yenidən baxmalıyıq. Yeni – dürüst, şəffaf və ədalətli – oyun qaydaları müəyyənləşdirmək lazımdır”.
Prezident əmin edib ki, ən yaxın zamanlarda əhalinin arzularına cavab verəcək islahatlar həyata keçiriləcək. O, vurğulayıb ki, son illərin iqtisadi artımı sayəsində yalnız “məhdud elit qrupun” gəlirləri artıb: “Əksəriyyətin gəlirləri isə ya azalıb, ya da staqnasiyadadır”.
Tokayev bir gün əvvəl bildirmişdi ki, baş verən hadisələr ölkəsinin siyasi modernləşdirmə kursunu dəyişdirməyəcək və Qazaxıstan insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməkdə davam edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər