Dünya
Tramp Co Baydenin yıxılmasına münasibət bildirib
30 Noyabr, 2020
Baxış: 123
ABŞ-ın hazırkı prezidenti Donald Tramp "Tvitter" hesabında ölkənin yeni seçilmiş prezidenti Co Baydenin ayağını sındırmasına münasibət bildirib. 

Bu barədə noyabrın 30-da "CNN" məlumat yayıb. 

Məlumata görə, Tramp sosial şəbəkə səhifəsində Baydenin xəstəxananı tərk etməsini əks etdirən şəkli paylaşaraq, "Tez sağalın" yazıb.

Co Bayden iti "Meyjer”lə oynayan zaman sürüşüb və topuğundan xəsarət alıb. Tibbi müayinə zamanı onun topuğunun iki yerdən çatladığı müəyyən olunub. Siyasətçinin iki həftə ərzində xüsusi ayaqqabıda gəzməyə məcbur olacağı bildirilib. 

Co Bayden iki alman ovçarkasına sahibdir. 

Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

27 Yanvar 2021

Eurasia Diary

Gürcüstanda ötən sutkada COVID-19-a 742 yeni yoluxma faktı qeydə alınıb. 1,081 nəfərin müalicə olunaraq sağaldığı, 12 pasiyentin isə vəfat etdiyi bildirilib. Bu barədə yanvarın 27-də Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilib. Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 255,564 nəfərə çatıb. Onların 245 527-si sağalıb, 3 108-i isə ölüb. Ermənistanda isə son sutkada daha 195 nəfərin virusa yoluxduğu məlum olub. Yanvarın 27-də Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı xəbərə görə, ölkədə virusa yoluxanların sayı 166 427-yə çatıb. Bildirilib ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 056-ya yüksəlib. Hazırda ölkədə 6,557 aktiv koronavirus...
Dünya

Bayden və Putin arasında telefon danışığı olub

27 Yanvar 2021

New York Post

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı zamanı Moskva və Vaşinqton münasibələrindəki problemlər müzakirə edilib. Bu barədə yanvarın 27-də Ağ Evdən məlumat verilib. Məlumata görə, Putin Baydeni ABŞ prezidenti vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Telefon danışığı zamanı Strateji Hücum Silahlarının məhdudlaşdırılması, koronavirus pandemiyası, həmçinin ticarət-iqtisadi sfera daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilib. İşgüzar ovqatda keçən müzakirələrdə Baydenin Ukraynanın suverenliyinə dəstəyini ifadə etdiyi vurğulanıb. Bildirilib ki, danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Seçilmiş Videolar