MARCA
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun Floridadakı mülkündə axtarış zamanı ələ keçirilən pasportları geri qaytarıb.
Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb: “Ədliyyə Nazirliyi və FTB pasportlarımı qaytarıb".
O, bildirib ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini quldur kimi aparıb, ələ keçən hər şeyi götürüblər. "Belə bir şey Amerikada baş verməməlidir", - Tramp deyib.
https://toplum.tv/dunya/tramp-malikanesinden-goturulen-senedlerin-geri-qaytarilmasini-teleb-edir
Daha əvvəl Tramp demişdi ki, axtarış zamanı FTB onun 3 pasportunu müsadirə edib, onlardan birinin müddəti bitib. Sabiq prezident keçən həftə Floridadakı malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını və heç kimə, o cümlədən vəkillərə axtarışda iştiraka icazə verilmədiyini söyləyib. ABŞ-ın baş prokuroru Merrik Qarland isə bundan sonra məhkəməyə axtarış qərarı üçün müraciət etməyə şəxsən özünün icazə verdiyini söyləyib.
Florida məhkəməsi daha sonra Trampın malikanəsində axtarış qərarını və ələ keçirilən əmlakın inventarını üzə çıxarıb. Sənədlərdən görünür ki, axtarış qərarı avqustun 5-də məhkəmə tərəfindən təsdiqlənib, orqan əmlakın bütün ərazisində axtarış aparmağa icazə verib. Məhkəmə, digər müddəalarla yanaşı, ABŞ Məcəlləsinin "müdafiə məlumatlarının toplanması, ötürülməsi və ya itirilməsi" maddəsini rəhbər tutub. Müsadirə edilən əşyaların siyahısına sənədlər, qeydlər, fotoşəkillər və bir çox digər məxfi sənədlər olan qutular daxildir. Medianın məlumatına görə, söhbət 11 dəst məlumatdan gedir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?