Dünya

Tramp FTB-nin axtarış zamanı götürdüyü pasportları qaytardığını deyir

17 Avqust, 2022
365

MARCA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun Floridadakı mülkündə axtarış zamanı ələ keçirilən pasportları geri qaytarıb.

Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb: “Ədliyyə Nazirliyi və FTB pasportlarımı qaytarıb".

O, bildirib ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları özlərini quldur kimi aparıb, ələ keçən hər şeyi götürüblər. "Belə bir şey Amerikada baş verməməlidir", - Tramp deyib.

https://toplum.tv/dunya/tramp-malikanesinden-goturulen-senedlerin-geri-qaytarilmasini-teleb-edir

Daha əvvəl Tramp demişdi ki, axtarış zamanı FTB onun 3 pasportunu müsadirə edib, onlardan birinin müddəti bitib. Sabiq prezident keçən həftə Floridadakı malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını və heç kimə, o cümlədən vəkillərə axtarışda iştiraka icazə verilmədiyini söyləyib. ABŞ-ın baş prokuroru Merrik Qarland isə bundan sonra  məhkəməyə axtarış qərarı üçün müraciət etməyə şəxsən özünün icazə verdiyini söyləyib. 

Florida məhkəməsi daha sonra Trampın malikanəsində axtarış qərarını və ələ keçirilən əmlakın inventarını üzə çıxarıb. Sənədlərdən görünür ki, axtarış qərarı avqustun 5-də  məhkəmə tərəfindən təsdiqlənib, orqan əmlakın bütün ərazisində axtarış aparmağa icazə verib. Məhkəmə, digər müddəalarla yanaşı, ABŞ Məcəlləsinin "müdafiə məlumatlarının toplanması, ötürülməsi və ya itirilməsi" maddəsini rəhbər tutub. Müsadirə edilən əşyaların siyahısına sənədlər, qeydlər, fotoşəkillər və bir çox digər məxfi sənədlər olan qutular daxildir. Medianın məlumatına görə, söhbət 11 dəst məlumatdan gedir.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo