Dünya

Tramp haqqında çıxarılmış iki impiçment qərarı nə mənaya gəlir? - Analiz

22 Yanvar, 2021
70

france24

Donald Tramp ABŞ tarixində yeganə prezidentdir ki, Nümayəndələr palatası onun haqqında iki dəfə impiçment hökmü çıxarıb. İlk dəfə 2019-cu ilin dekabrında hakimiyyətdən sui-istifadəyə (O, Ukrayna hökumətinə təzyiq göstərməkdə ittiham edilirdi) və Konqresin araşdırmasına əngəllər yaratdığına görə. İkinci dəfə isə 2021-ci ilin yanvarında qiyama təhrik etməyə görə.

Vəzifəsini tərk edən prezident üçün impiçment nə deməkdir?

ABŞ Konqresinin aşağı palatasından – Nümayəndələr palatasından impiçment qərarının çıxması prezidentin dərhal vəzifədən kənarlaşdırılması mənasına gəlmir. Bunun üçün Konqressin yuxarı palatası – Senat impiçment üzrə xüsusi mühakimə iclasında 2/3 səs çoxluğu ilə onu günahkar bilməlidir.

ABŞ Nümayəndələr palatası cəmi üç prezidentə qarşı impiçment hökmü çıxarıb: Endrü Consona, Bill Klintona və Donald Trampa. Başqa sözlə, Tramp bir prezidentlik müddəti ərzində ABŞ tarixindəki bütün impiçmentlərin yarısını qazanıb. Amma hər şey elə bununla da başa çata bilər: ABŞ tarixində Senat Nümayəndələr palatasının impiçmentindən sonra bircə dəfə də olsun prezidenti vəzifəsindən kənarlaşdırmağı bacarmayıb.

Tramp artıq prezident deyilsə, onu mühakimə etmək nəyə lazımdır?

Əgər Senat Trampı günahkar bilərsə, Konqresin yuxarı palatası daha bir səsvermə keçirə bilər, bu səsvermənin məqsədi ona istənilən federal vəzifəni tutmağı qadağan etmək olacaq. O zaman Tramp daha prezidentliyə namizədliyini irəli sürə bilməyəcək.

Bundan əlavə, günahkar sayıldığı halda Trampın prezident imtiyazları – ildə 200 min dollara yaxın pensiya, səfərlər üçün ayrıca büdcə, köməkçilər - ləğv ediləcək. Dəqiq məlum deyil, amma ola bilər ki, onu və Melaniyanı bundan sonra xüsusi xidmət əməkdaşları qorumasınlar. Onlar adətən prezidentləri (ABŞ-da bu ad ömürlükdür) və birinci xanımları ölənə qədər qoruyurlar.

Məhkəmə nə vaxt olacaq?

Baydenin inauqurasiyasından sonra Senat çox güman ki, başqa işlərlə məşğul olacaq: yeni kabinetin təsdiqi, yeni qanun layihələri üzərində iş və s. Hətta məhkəmə inauqurasiyadan dərhal sonra başlasa belə, hökmün tez çıxarılacağını gözləməyə dəyməz. Trampın ilk impiçmentindən sonra Senatdakı mühakimə üç həftə davam etdi, axırda isə bəraət hökmü çıxarıldı.

Məhkəmə nə ilə yekunlaşacaq?

Demokratlar Trampı günahkar elan etmək istəyirlər. Respublikaçı senatorlar arasında isə hələ heç kim öz mövqeyini aydın ifadə etməyib. Nəzərə alınmalıdır ki, Nümayəndələr palatasındakı ikinci impiçmentə 10 respublikaçı konqresmen səs verib. Mətbuatın yazdığına görə, Senatdakı Respublikaçılar fraksiyasının lideri Mitç Makkonnel partiyadaşlarını öz vicdanlarının hökmü ilə səs verməyə çağırıb.

Qanunda olan boşluq senatorlara ümumiyyətlə, səsvermədə iştirak etməmək imkanı yaradır. Trampı günahkar elan etmək üçün iclasda iştirak edən senatorların 2/3-i qərarın lehinə səs verməlidir. Başqa sözlə, Trampla əlaqədar öz mövqelərini rəsmən açıqlamaq istəməyən senatorlar sadəcə iclasa gəlməyə bilərlər, iclas onlarsız da baş tutmuş sayılacaq.

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar