Dünya

Tramp haqqında çıxarılmış iki impiçment qərarı nə mənaya gəlir? - Analiz

22 Yanvar, 2021
72

france24

Donald Tramp ABŞ tarixində yeganə prezidentdir ki, Nümayəndələr palatası onun haqqında iki dəfə impiçment hökmü çıxarıb. İlk dəfə 2019-cu ilin dekabrında hakimiyyətdən sui-istifadəyə (O, Ukrayna hökumətinə təzyiq göstərməkdə ittiham edilirdi) və Konqresin araşdırmasına əngəllər yaratdığına görə. İkinci dəfə isə 2021-ci ilin yanvarında qiyama təhrik etməyə görə.

Vəzifəsini tərk edən prezident üçün impiçment nə deməkdir?

ABŞ Konqresinin aşağı palatasından – Nümayəndələr palatasından impiçment qərarının çıxması prezidentin dərhal vəzifədən kənarlaşdırılması mənasına gəlmir. Bunun üçün Konqressin yuxarı palatası – Senat impiçment üzrə xüsusi mühakimə iclasında 2/3 səs çoxluğu ilə onu günahkar bilməlidir.

ABŞ Nümayəndələr palatası cəmi üç prezidentə qarşı impiçment hökmü çıxarıb: Endrü Consona, Bill Klintona və Donald Trampa. Başqa sözlə, Tramp bir prezidentlik müddəti ərzində ABŞ tarixindəki bütün impiçmentlərin yarısını qazanıb. Amma hər şey elə bununla da başa çata bilər: ABŞ tarixində Senat Nümayəndələr palatasının impiçmentindən sonra bircə dəfə də olsun prezidenti vəzifəsindən kənarlaşdırmağı bacarmayıb.

Tramp artıq prezident deyilsə, onu mühakimə etmək nəyə lazımdır?

Əgər Senat Trampı günahkar bilərsə, Konqresin yuxarı palatası daha bir səsvermə keçirə bilər, bu səsvermənin məqsədi ona istənilən federal vəzifəni tutmağı qadağan etmək olacaq. O zaman Tramp daha prezidentliyə namizədliyini irəli sürə bilməyəcək.

Bundan əlavə, günahkar sayıldığı halda Trampın prezident imtiyazları – ildə 200 min dollara yaxın pensiya, səfərlər üçün ayrıca büdcə, köməkçilər - ləğv ediləcək. Dəqiq məlum deyil, amma ola bilər ki, onu və Melaniyanı bundan sonra xüsusi xidmət əməkdaşları qorumasınlar. Onlar adətən prezidentləri (ABŞ-da bu ad ömürlükdür) və birinci xanımları ölənə qədər qoruyurlar.

Məhkəmə nə vaxt olacaq?

Baydenin inauqurasiyasından sonra Senat çox güman ki, başqa işlərlə məşğul olacaq: yeni kabinetin təsdiqi, yeni qanun layihələri üzərində iş və s. Hətta məhkəmə inauqurasiyadan dərhal sonra başlasa belə, hökmün tez çıxarılacağını gözləməyə dəyməz. Trampın ilk impiçmentindən sonra Senatdakı mühakimə üç həftə davam etdi, axırda isə bəraət hökmü çıxarıldı.

Məhkəmə nə ilə yekunlaşacaq?

Demokratlar Trampı günahkar elan etmək istəyirlər. Respublikaçı senatorlar arasında isə hələ heç kim öz mövqeyini aydın ifadə etməyib. Nəzərə alınmalıdır ki, Nümayəndələr palatasındakı ikinci impiçmentə 10 respublikaçı konqresmen səs verib. Mətbuatın yazdığına görə, Senatdakı Respublikaçılar fraksiyasının lideri Mitç Makkonnel partiyadaşlarını öz vicdanlarının hökmü ilə səs verməyə çağırıb.

Qanunda olan boşluq senatorlara ümumiyyətlə, səsvermədə iştirak etməmək imkanı yaradır. Trampı günahkar elan etmək üçün iclasda iştirak edən senatorların 2/3-i qərarın lehinə səs verməlidir. Başqa sözlə, Trampla əlaqədar öz mövqelərini rəsmən açıqlamaq istəməyən senatorlar sadəcə iclasa gəlməyə bilərlər, iclas onlarsız da baş tutmuş sayılacaq.

Dünya

ABŞ və Aİ razılığa gəldilər

6 Mart 2021

margin.az

Avropa İttifaqı (Aİ) və ABŞ hava yükdaşımalarında gömrük vergilərinin dondurulması ilə bağlı qərar qəbul ediblər. Təyyarə subsidiyası ilə bağlı 16 il davam edən mübahi nəticəsində milyardlarla dollarlıq ixraca tətbiq olunan tariflər aradan qaldırılıb. Qərar Avropa İttifaqının ABŞ-a 7,5 milyard dollarlıq, ABŞ-ın Avropa İttifaqına 4 milyard  dollarlıq məhsullarının ixracına aid ediləcək.  “Blumberq” yazır ki, bu, pandemiyadan zərər çəkmiş aviasiya sənayesinin vəziyyətini müəyyən qədər yaxşılaşdıra bilər.  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, Avropada aviasiya sektoru 7 milyon iş yerinin ixtisar edilməsi riski ilə üzləşib.
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan 

6 Mart 2021

DW

Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusa yoluxub. Bu barədə martın 6-da Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib. Bu günə kimi Gürcüstanda COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Onlardan 266 344-ü sağalıb, 3 567-si isə ölüb. Son 24 saat ərzində yeni yoluxma faktlarının müəyyən edilməsi üçün 19 737 test aparılıb.   Ermənistanda isə son sutkada 508 nəfər COVID-19-a yoluxub. Bu barədə məlumatı martın 6-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Məlumatda bildirilir ki, son 24 saat ərzində daha 4 nəfər virusdan vəfat edib.  Son...
Seçilmiş Videolar