Dünya

Tramp malikanəsindən götürülən sənədlərin geri qaytarılmasını tələb edir

15 Avqust, 2022
338

Financial Times

ABŞ-ın sabiq prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri tərəfindən Floridadakı malikanəsində axtarış zamanı ələ keçirilən sənədlərin geri qaytarılmasını tələb edib.

Tramp özünün yaratdığı “Truth” sosial şəbəkəsində yazıb ki, FTB əməkdaşları vəkil sirlərinə aid olan materialların qutularını, eləcə də icra orqanlarının imtiyazları adıyla qorunan sənədləri (prezidentin müəyyən məlumatları açıqlamamaq hüququnu nəzərdə tutur) götürüblər.

“Mən ciddi şəkildə xahiş edirəm ki, bu sənədlər dərhal götürüldükləri yerə qaytarılsın. Təşəkkürlər!" - Tramp yazıb.

https://toplum.tv/dunya/trampin-iqametgahinda-axtaris-aparilib

Tramp keçən həftə onun Floridadakı malikanəsinə FTB agentləri tərəfindən basqın edildiyini bildirib. Keçmiş prezident əlavə edib ki, FTB agentləri axtarış zamanı heç kimin, o cümlədən vəkillərin iştirakına icazə verməyiblər. Baş prokuror Merrik Qarland daha sonra məhkəməyə axtarış aparmaq üçün sanksiyaya şəxsən özünün icazə verdiyini, bu qərarın asan olmadığını, lakin ağlabatan olduğunu söyləyib.

Trampın bu məxfi sənədləri prezidentlik müddəti başa çatandan sonra qanunsuz olaraq özüylə birgə götürdüyü iddi edilir. Ekspertlərin fikrincə, keçmiş prezidentin dövlətə aid məxfi sənədləri qanunsuz götürdüyü sübut olunsa, bu, cinayət əməli kimi qiymətləndirilə bilər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo