Dünya

Tramp Putinlə görüş öncəsi Baydenə rişxənd etdi: "Görüşdə yatma"

11 İyun, 2021
58

Paris Match

ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfi Co BaydenəVladimir Putinlə görüş zamanı yatmamağı arzulayıb.

Bu barədə CNN məlumat verib. 

"Mənim prezident kimi Finlandiyanın paytaxtı Helsinki şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə əla və çox produktiv görüşüm olmuşdu. Görüş barəsində saxta xəbər saytlarındakı iddia olunanlara baxmayaraq, ABŞ Putin və Rusiyanın ehtiramı başda olmaqla çox şey qazanmışdı", - deyə Tramp bəyan edib. 

"Prezident Putinlə danışıqlarda Baydenə uğurlar diləyirəm! Görüş zamanı yatma və zəhmət olmasa, Putinə mənim ən yaxşı arzularımı çatdır", - deyə Tramp Baydenə müraciətində bildirib. 

Rusiya-ABŞ sammiti iyunun 16-da İsveçrənin Cenevrə şəhərində, "La Qranj" villasında baş tutacaq. 

Birləşmiş Ştatlar lideri Co Bayden Putinlə aparacağı birbaşa danışıqları "Rusiyanın nə fikirdə olduğunu və nə planlaşdırdığını bilmək üçün ən yaxşı vasitə" adlandırıb. 

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Seçilmiş Videolar