Dünya
Tramp Rusiyayla gizli əməkdaşlıqda günahlandırılan keçmiş müşavirini əfv edib
26 Noyabr, 2020
Baxış: 157
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə özünün keçmiş müşaviri Maykl Flinni əfv edib. Lenta.ru xəbər verir ki, bu barədə Amerika lideri özünün tvitter akkauntunda yazıb. Flinnə qarşı cinayət işi "Rusiya araşdırması” adlanan tədqiqatla bağlı qaldırılmışdı.

"General Maykl T. Flinnin əfv olunmasını xəbər vermək mənim üçün böyük şərəfdir”, - deyə Tramp yazıb. Prezident Flinn və ailəsini təbrik edib, onların "həqiqətən də fantastik Şükran günü keçirəcəklərini” bildirib.

2020-ci ilin mayında ABŞ-ın Ədliyyə nazirliyi Rusiya ilə mümkün gizli əlaqələrindən ötrü Flinnə qarşı qaldırılan cinayət işini qapatmışdı. Amma bu qərar sentyabrda Apelyasiya məhkəməsi tərəfindən ləğv olundu. Tramp qeyd edib ki, Flinni təqib edənlər əvvəlki prezident Barak Obamanın administrasiyasından qalanlardır və onlar "çox qeyri-dürüst insanlardır”.

Daha əvvəl xəbər verilirdi ki. Trampın Rusiya ilə sövdələşmələrdə ittihamı üçün mənbə bir rus qadın məmur olub. Söhbət Perm doğumlu, keçmişdə Saratovun vitse-meri postunu tutan Olqa Qalkinadan gedir. Həmin vaxt Qalkina özünün işəgötürəni olan Webzilla şirkəti ilə gərgin münasibətlərdə olarkən  guya bildirib ki, Demokratların milli konqresinin serverlərinin sındırılmasının arxasında məhz o durur.  Bu informasiya Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi haqqında təhqiqatın başlanmasına səbəb olub. Bu zaman Qalkina özü yayılan məlumatı yalan adlandırıb.
Dünya

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

25 Yanvar 2021

Qazeta.ru

“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla...” Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də “Tatyanin den” münasibətilə keçirilən videokonfransda icazəsiz aksiyaları şərh edərkən belə deyib. “Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, - deyə Rusiya dövlət başçısı vurğulayıb....
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Seçilmiş Videolar