Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr, 2021
157

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır. 

Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir.

Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər. 

"The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb. 

Avqustun 13-də keçirilən analoji sorğuda respondentlərin 53 faizi Baydeni Trampdan yaxşı prezident hesab etmişdi.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar