Dünya

Trampın iqamətgahında axtarış aparılıb

9 Avqust, 2022
163

Forbes

ABŞ-ın sabiq prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) onun Floridadakı  iqamətgahına basqın etdiyini, şəxsi seyfini açdığını bildirib. Tramp özü həmin vaxt Nyu-Yorkda olub.

Federal Təhqiqatlar Bürosu hələlik bu mesajı rəsmi şəkildə şərh etməyib, lakin Amerika mediası öz mənbələrinə istinadən yazır ki, FTB keçmiş prezidentin Ağ Evdən çıxarkən özü ilə apardığı rəsmi sənədləri, o cümlədən məxfi sənədləri axtarıb.  Qanunla onlar dövlət mülkiyyətidir və ABŞ Milli Arxivi uzun müddətdir Trampdan sənədlərin geri qaytarılmasını tələb edirdi. Məlumata görə, sənədlərin bəziləri geri qaytarılıb. Bir neçə ay əvvəl Milli Arxiv Baş Prokurorluğa şikayət edərək, Donald Trampı bütün sənədləri təhvil verməkdən imtina etməkdə ittiham edib.

https://toplum.tv/dunya/cin-abs-la-bir-sira-sahelerde-emekdasligi-dayandirdi

“New York Times” qəzetinin yazdığına görə, axtarış qərarı vermək üçün FTB hakimləri inandırmalı idi. Ekspertlərin fikrincə, əgər məxfi sənədlər əsassız olaraq keçmiş prezidentin sərəncamında olubsa, bu, cinayət əməli kimi qiymətləndirilə bilər.

Sənədlərlə bağlı təhqiqat təkcə keçmiş prezident Trampla bağlı deyil. Son zamanlar Baş Prokurorluğun Donald Trampın məğlubiyyətini etiraf etməkdən imtina etdiyi 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqinə təsir etmək cəhdləri ilə bağlı araşdırmanı genişləndirdiyi barədə məlumatlar yayılıb.

Donald Tramp FTB-nin hərəkətlərini pisləyib: "ABŞ-ın keçmiş prezidentlərinin başına belə bir şey gəlməyib. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməyimizə baxmayaraq, evimə edilən bu basqın zəruri və məqsədəuyğun deyildi". 

Nümayəndələr Palatasındakı Respublikaçı azlığın rəhbəri Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar Konqresdə çoxluğu qazanarsa, prokurorluğun keçmiş prezidentə qarşı hərəkətləri təhqiqat obyekti olacaq.

Prezidentlik dövründə Donald Tramp bir hissəsi qolf klubu kimi istifadə edilən Mar-a-Laqodakı iqamətgahında xeyli vaxt keçirirdi.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo