Dünya

Türkiyə BMT rəsmisinin "soyqırım memorialı"nı ziyarət etməsindən narazıdır

28 İyul, 2022
377

Açıq mənbələrdən götürülüb

BMT Baş Assambleyasının 76-cı Sessiyasının sədri, Maldiv adalarının xarici işlər naziri Abdulla Şəhidin Ermənistana səfəri zamanı "soyqırım abidəsi"ni ziyarət etməsi rəsmi Ankaranın narazılığına səbəb olub. 

Türkiyə Xarici İşlə Nazirliyinin məsələylə bağlı press-relizində bildirilir ki, Abdulla Şəhid Ermənistanın birtərəfli iddialarını doğrultmaq üçün sui-istifadə edilib və "soyqırım memorialı"nı ziyarət etmək üçün təhrik edilib.  

"BMT Baş Assambleyasına sədrlik edən Şəhid bəyin ədalətli və qərəzsiz hərəkət etməsi, bu məsələdə daha diqqətli və məsuliyyətli olması daha məqbul olardı.

BMT-nin səlahiyyətli orqanları adından çıxış edən nümayəndələr öz vəzifələrini BMT-nin hüquqi sənədlərinə və beynəlxalq hüququn müvafiq norma və qaydalarına, xüsusən 1948-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına dair Konvensiyaya uyğun olaraq yerinə yetirməlidirlər. Biz bu addımı qınayır və siyasi manipulyasiya yolu ilə tarixi faktları və beynəlxalq hüququ təhrif etmək cəhdlərini rədd edirik.

Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri ilə bağlı faktlar müfəssəl, ədalətli və dürüst çərçivədə ələ alınmalıdır",  - deyə nazirliyin açıqlamasında qeyd edilib. 

https://toplum.tv/dunya/fenerbagca-azarkeslerinin-putin-suari-ukrayna-temsilcisini-qezeblendirib

Türkiyə tərəfinin tənqidlərindən sonra Abdulla Şəhid "soyqırım memorialı"nı ziyarət etməsini əks etdirən paylaşımını "Tvitter"-dən silib. 

Hadisə sıravi ermənilərin və erməni lobbisinin də narazılığına səbəb olub. Məsələ dünən "Tvitter"də günün əsas trend mövzularından birinə çevrilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin müsadirəsi planını açıqlayıb

30 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynaya dəymiş zərərin ödənilməsi üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi planını təklif edib.  Toplum TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.  Onun sözlərinə görə, bu zərər artıq 600 milyard avronu keçib. https://toplum.tv/dunya/bloomberg-abs-vaqner-qruplasmasini-terror-teskilati-elan-etmeyi-nezerden-kecirir Leyen deyib ki, Rusiya və onun oliqarxları ölkənin yenidən qurulması xərclərini ödəməlidirlər və Avropa hökumətinin Moskvanı zərəri ödəməyə məcbur etmək üçün rıçaqları var. O xatırladıb ki, bu məqsədlər üçün Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 300 milyard avrosunu və rusiyalı oliqarxlara məxsus 19 milyard avro vəsaitini dondurub. Avropa Komissiyası Rusiyanın...
Dünya

Avropa Komissiyası Ukraynanın itkiləri ilə bağlı hissəni silib - YENİLƏNİB

30 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib. *** 13:22 Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya işğalı başlayandan bəri Ukraynanın100 min hərbi qulluqçunu itirdiyini bildirib.  Toplum TV xəbər verir ki, bu barədə von der Leyen videomüraciətində deyib. Onun sözlərinə görə, bu ilin fevral ayından bəri “100 mindən çox Ukrayna hərbçisi və 20 mindən çox mülki şəxs həlak olub”. https://toplum.tv/dunya/bloomberg-abs-vaqner-qruplasmasini-terror-teskilati-elan-etmeyi-nezerden-kecirir Rusiyanın müharibədəki itkiləri barədə isə müxtəlif versiyalar var. Kiyev iddia edir ki, indiyədək müharibədə Rusiyanın 100 mindən çox hərbi qulluqçusu həlak olub, Rusiya tərəfi isə bu rəqəmi dəfələrlə...

Seçilmiş Videolar

Toplum TV loqo