REUTERS
Türkiyə məhkəməsi jurnalist Camal Qaşıqçının qətli işinin Səudiyyə Ərəbistanına transfer olunmasına qərar verib.
“The Guardian”ın yazdığına görə, Türkiyədə yazarın qətlində təqsirləndirilən 26 səudiyyəlinin qiyabi məhkəmə prosesi dayandırılıb və iş Səudiyyə Ərəbistanına təhvil verilib.
“Washington Post” qəzatinin yazarı Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi indiyədək tapılmayıb. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın tənqidçisi hesab edilən Qaşıqçının səudiyyəli agentlər tərəfindən öldürüldüyü iddia edilir.
Dövlət ittihamçıları işin Səudiyyəyə təhvil verilməsini istəmişdilər, onlar Türkiyədə aydın qərar çıxarılmasına inanmadıqlarını deyirdilər. Ədliyyə naziri də transferi dəstəkləyib.
İnsan haqları fəalları isə Türkiyə hökumətini məhkəmə işini ölkədə davam etdirməyə çağırırdı. Onların fikrincə, əks halda qətl ört-basdır olunacaq.
Ankara son vaxtlar ər-Riyadla münasibətləri düzəltməyə çalışır. Jurnalistin qətlindən sonra əlaqələr xeyli pisləşmişdi.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”