açıq mənbədən götürülüb
Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə şərti olaraq ona verilmiş adaların statusunu pozması beynəlxalq hüquqa ziddir.
"Hürriyet” məlumat verir ki,bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Yunanıstan 1960-cı ildən bəri Egey adalarını silahlandırır və bu addımlar dayandırılmadığı halda, Türkiyə adaların suverenliyinə dair iddia irəli sürəcək.
“Biz çox ciddiyik. Adalar onlara şərti olaraq verilib. Yunanıstan buna əməl etməzsə, bu məsələni daha da irəli aparacağıq. “Türkiyə ekspansionist siyasət aparır, gözü bizim torpaqlardadır” kimi boş sözlərlə məsələdən yayınmaq olmaz. Bu, razılaşmanın açıq şəkildə pozulmasıdır. Yunanıstanın atdığı addımlar Türkiyə üçün təhlükə yaratmaq məqsədi daşıyır. “Nə qədər silahlandırsalar da, heç bir əhəmiyyəti yoxdur” deyə bilmərik”, - Çavuşoğlu bildirib
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?