Dünya

Türkiyə İstanbul Konvensiyasından çıxdı

20 Mart, 2021
919

DW

Konvensiya homoseksual münasibətləri təbliğ etdiyinə dair ittihamlara məruz qalırdı. 

NTV telekanalının martın 20-də verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə İstanbul Konvensiyasından çıxıb.

Qadınlara Qarşı Zorakılıq və Ailədaxili Zorakılığın Əngəllənməsi və Bunlarla Mübarizəyə dair Avropa Konvensiyası 2011-ci ildə mayın 11-də Avropa Şurası Nazirlər Komitəsinin 121-ci iclasında qəbul edilib. Buna görə də İstanbul Konvensiyası adını almışdı. 

Konvensiyada Türkiyə daxil olmaqla, 46 dövlətin imzası vardı. 32 dövlət konvensiyanı yerini yetirdiyi halda, 11 dövlət imzası olmasına baxmayaraq, konvensiyanı həyata keçirmirdi. 

Türkiyə Konvensiyanı həyata keçirən ilk ölkələr arasında yer almışdı. 

İstanbul Konvensiyası 2011-ci il noyabrın 24-də Türkiyə parlamentində bütün partiyaların ortaq razılığı ilə qəbul edilmişdi. Son dövrlərdə ölkənin ailə dəyərlərinə zərər verməsi, homoseksual münasibətləri və evlilikləri təbliğ etdiyinə dair ittihamlarla İstanbul Konvensiyası mübahisə mövzusuna çevrilmişdi. 

Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq məsələ ilə bağlı "Tvitter" hesabından açıqlama verib. O, ölkədə qadın haqlarının təminatçısının Türkiyə Konstitusiyasının olduğunu bildirib. 
 

Dünya

Yerevanda saxlanılan müxalifətçilərin sayı 400-ü keçib

17 May 2022

AFP

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində küçələri bağlayan 400-dən çox aksiyaçını saxlayıb. Yerevan polisininin rəsmi məlumatına görə, 414 nəfər saxlanılıb. Bundan əvvəl müxalifət liderlərindən biri, parlamentin vitse-spikeri İşxan Saqatelyan küçə aksiyalarının dayandırıldığını və axşam saatlarında mitinq keçiriləcəyini açıqlamışdı: "Biz qarşıya qoyulan məqsədi yerinə yetirmişik - qeyd etmişik ki,Ermənistanda vəziyyətin sahibi xalqdır. Biz itaətsizlik aksiyalarını dayandırırıq". Mayın 17-i səhər saatlarından etibarən nümayişçilər Yerevanın müxtəlif yerlərində, o cümlədən hava limanına və Müdafiə Nazirliyinə gedən yollarda nəqliyyatın hərəkətini dayandırıblar. Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon da var. Bu barədə o, özünün “Telegram” kanalında...
Dünya

Zelenski və Şolz Ukrayna müharibəsinin bitməsi üçün şərti açıqlayıb

17 May 2022

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub və onlar münaqişənin diplomatik yolla həlli üçün Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyini bəyan ediblər. Bu barədə mayın 17-də Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit özünün “Twitter” səhifəsində məlumat verib. Hebeştreitin məlumatına görə, Zelenski və Şolz humanitar və hərbi vəziyyəti müzakirə ediblər. Liderlər Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sülh şəraitində həlli yollarını axtarıblar. Onlar bu qənaətə gəliblər ki, bu, yalnız Rusiya hərbi əməliyyatlara son qoyacağı və qoşunlarını çıxaracağı halda mümkün olacaq. Bundan əvvəl Şolz və Zelenski mayın 11-də tetefonla danşıblar. Liderlər Moskva və Kiyev arasında danışıqların...

Seçilmiş Videolar

Toplum TV loqo