Dünya

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verdi

29 İyun, 2022
1049

Reuters

İyunun 28-də Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.

“Euronews”un yaydığı məlumatda bildirilir ki, memorandumu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Anne Linde imzalayıb.

NATO Sammitinin keçirildiyi Madriddəki İFEMA Sərgi Mərkəzində baş tutan imzalanma mərasimində hər üç dövlətin başçısı da iştirak edib.

Qəbul edilən birgə bəyanatda Finlandiya və İsveç terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarını açıq və birmənalı pisləyiblər:

“Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür. Türkiyə, Finlandiya və İsveç terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı artırmaq qərarına gəlib”.

Bəyanatda qeyd olunur ki, Finlandiya və İsveç PKK və onun bütün qollarının pul toplama və işə götürmə fəaliyyətlərini qadağan edəcək:

“İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq”.

O cümlədən, gələcəkdə NATO müttəfiqləri olan Finlandiya və İsveç Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilatlara dəstək verməyəcək:

“İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək”.

NATO-nun baş katibi Y.Stoltenberq də İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün Türkiyə ilə razılığa gəldiyini və Ankaranın narahatlığının aradan qaldırılacağını bildirib.

2022-ci il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdi.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bu addımı müsbət qiymətləndirmişdi.

“NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir” – deyə Baş katib vurğulamışdı.

O bildirmişdi ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.

Türkiyə isə İsveç və Finlandiyanın üzvlüyünə qarşı çıxırdı.

Rəsmi Ankara iddia edirdi ki, hər iki Skandinaviya ölkəsi Türkiyənin terrorla mübarizəsinə dəstək vermir, əksinə PKK-nın Suriyadakı qanadı YPG-yə kömək edir.

Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını açıq şəkildə bəyan edirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo