Un.org
"Bəşəriyyətin taleyi İkinci Dünya müharibəsində qalib gələn bir ovuc dövlətin lütfündən asılı olmamalıdır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Anqolaya səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı deyib. Çıxış Ərdoğanın "Feysbuk" səhifəsində yerləşdirilib.
O, BMT Təhlükəsizlik Şurasını (TŞ) bəşəriyyətin taleyini həll etmək hüququna görə tənqid edib.
Türkiyə liderinin sözlərinə görə, bəşəriyyətin taleyi İkinci Dünya müharibəsində qalib gələn bir ovuc dövlətin lütfündən asılı olmamalıdır. Ərdoğan hesab edir ki, diplomatiyanın, ticarətin, beynəlxalq münasibətlərin radikal dəyişikliyi fonunda qlobal təhlükəsizlik arxitekturasının dəyişməzliyi ağlasığmazdır. O, BMT TŞ-nın daimi üzvlərini nəzərdə tutaraq “dünya beşdən böyükdür” söyləyib.
Ərdoğan öz kitabında da BMT TŞ-nın islahat zərurətindən bəhs edib. Onun fikrincə, BMT-nin müasir tələblərə cavab verməsi üçün TŞ-nın daimi üzvlərinin sayı artırılmalıdır. Hazırda veto hüququna malik ölkələrin sayı beşdir (ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya).
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?