Türkiyə hökuməti Ukrayna taxılının ixracını bərpa etmək üçün köməyə hazırdır. Bunun üçün Odessa limanının çıxışındakı minalar təmizlənməlidir.
Bu haqda “Bloomberg” öz mənbələrinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Türkiyə bu təklifi Rusiya ilə razılaşdırıb və BMT-nin dəstəyini almağa ümid edir. “Bloomberg”in həmsöhbətləri deyirlər ki, Ukrayna bu ideyaya bədbin yanaşır, Rusiyanın təhlükəsiz dəhlizdən Odessaya hücum üçün istifadə edə biləcəyindən çəkinir. Xarici işlər naziri Dmitri Kuleba Kiyevin bu əndişəsini açıq şəkildə dilə gətirib.
Ukrayna mətbuatı isə xəbər verir ki, prezident Zelenski iyunun 6-da deyib ki, böhranın həllində mümkün iştirakçı kimi etimad göstərdiyi ölkələr sırasında Türkiyə də var. Onun fikrincə, bu zaman təhlükəsizliyin ən yaxşı təminatı Ukraynanın gəmi əleyhinə silahlarla təchiz edilməsidir.
Ukrayna limanlarında blokadanın qaldırılması mövzusunu bazar ertəsi Türkiyə və Ukraynanın müdafiə nazirləri də müzakirə ediblər.
Ukrayna dünyada ən iri taxıl ixracatçılarından biridir. Rusiya təcavüzü nəticəsində ixracın xeyli hissəsi dayandırılıb, bu da qlobal taxıl böhranı təhlükəsi yaradır.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb