AA
Türkiyə İsraillə diplomatik münasibətləri tam bərpa etmək və Tel-Əvivdəki səfirliyini bərpa etmək qərarına gəlib.
"Anadolu" agentliyinin məlmatına görə, bunu avqustun 17-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
"İsrail ilə diplomatik münasibətlərin normallaşması və tam bərpası prosesi çərçivəsində Türkiyə bu ölkəyə səfir təyin etmək qərarına gəlib. Səfirin kimliyi prezidentin müvafiq sərəncamı imzalandıqdan sonra açıqlanacaq", - Türkiyənin xarici işlər naziri deyib.
https://toplum.tv/dunya/rusiya-turkiyeye-ikinci-s-400-partiyasini-verecek
Bundan əvvəl İsrailin Baş nazirlik idarəsi İsrail və Türkiyə liderlərinin diplomatik münasibətləri tam şəkildə bərpa etmək və iki ölkənin səfirlərini paytaxtlara qaytarmaq barədə razılığa gəldiyini açıqlamışdı.
Xarici İşlər Nazirliyi arasında keçirilən təmaslar zamanı “iki ölkə arasında münasibətlərin səviyyəsinin tam diplomatik münasibətlərə yüksəldilməsi və iki ölkənin səfirləri və baş konsullarının geri qaytarılması qərara alınıb”, - deyə ofisdən idarədən əlavə ediblər.
İsrailin baş naziri Yair Lapid bildirib ki, Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir.
“Bu, vətəndaşlarımız üçün çox vacib iqtisadi xəbərdir. Biz İsrailin dünyada mövqeyini gücləndirmək üçün çalışmaqda davam edəcəyik”, - deyə o vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb