açıq mənbədən götürülüb
Bu ilin aprel ayında Türkiyədə inflyasiya illik müqayisədə 69,97%-ə çatıb.
Məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) yayıb.
Eyni zamanda, cari ilin yanvar və mart aylarında bu göstərici müvafiq olaraq 48,69% və 61,14% təşkil edib.
Türkiyə mediası, yanvar inflyasiyasının 2002-ci ildən bu yana Türkiyə üçün rekord göstərici olduğu barədə xəbər vermişdi.
Eyni zamanda, aylıq əsasda martda inflyasiya 9,19%-dən apreldə 7,67%-ə enib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda bildirib ki, Ankara inflyasiyanı azaltmağı hədəfləyir və nəticələri bu ilin mayında alacağını gözləyir.
Türkiyə Mərkəzi Bankı apreldə 2022-ci ilin sonu üçün inflyasiya proqnozunu əvvəllər nəzərdə tutulan 23,2%-dən, 42,8%-ə qaldırmışdı.
Ötən ilin noyabrında türk lirəsi ilin əvvəli ilə müqayisədə təxminən 1/3 dəyər itirib. Buna səbəb Mərkəzi Bankın hazırda 14% olan uçot dərəcəsini aşağı salmağa davam edən siyasətidir. Bu, inkişaf etməkdə olan ölkələr arasında ən yüksək səviyyələrdən biridir.
Ərdoğan yüksək faiz dərəcələrini hakimiyyət orqanlarına inflyasiyanın effektiv şəkildə azaldılmasına və lirənin ucuzlaşmasının dayandırılmasına mane olan ciddi problem kimi görür.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”