Haber Türk
Türkiyədə rəsmi inflyasiya son 20 ildə ən yüksək həddə çatıb.
Bu, qlobal enerji qiymətlərinin bahalanması və ölkənin iqtisadi çətinlikləri fonunda baş verib.
BBC-nin Türkiyə bürosu yazır ki, martda istehlakçı qiymət indeksi bir il öncəylə müqayisədə 61 faiz yüksəlib.
Fevralda bu göstərici 54 faiz idi. Ən yüksək inflyasiya 65 faiz ilə 2002-ci ilin martında qeydə alınmışdı.
Türkiyədə inflyasiya səbətinin dörddə birini tutan ərzaq qiymətləri bir il öncəylə müqayisədə 70 faiz bahalanıb, enerji xərclərinin isə 103 faiz qalxdığı deyilir.
Ən az illik artım 15,08 faiz ilə rabitə qrupunda qeydə alınıb.
Gazprom.ru
AFP
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır